Tanınmış şair Aqşin Yenisey Salman Rüşdinin məşhur romanını tərcümə etdiyini açıqlayıb.
Aqşin Yenisey bu barədə Kulis.az-a məlumat verib. Onun sözlərinə görə, Salman Rüşdinin məşhur “Gecəyarısı uşaqları” romanını üç ay ərzində çevirib və yaxın zamanlarda “Qanun” nəşriyyatına təqdim edəcək.
Xatırladaq ki, “Gecəyarısı uşaqları” romanı Salman Rüşdinin ən məşhur əsərlərindən biridir. Roman Hindistanın müstəqillik illərindən, Pakistanın, Banqladeşin yeni dövlətlər kimi meydana çıxdığı illərdən bəhs edir.
- Tanınmış kinoaktyor anılıb
- İranda hicabsız rejissor və aktrisaya cinayət işi açıldı
- Rus Dram Teatrının oktyabr repertuarı
Roman çap olunduğu ilk vaxtlarda Buker mükafatına layiq görülüb və ingiliscə yazılmış 100 ən yaxşı roman siyahısına daxil olub.