Kulis.az Yeganə Tağıyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ürəyimin naxışı” (495 işarə) hekayəsini təqdim edir.
Xəstəxanadaydı. Uzun, həm də ağır sürən açıq ürək əməliyyatından sonra tibb bacısı palatada növbəti dəfə kardioqramma edirdi. Həkimin, arvadının, qızının, nəvəsinin narahat baxışları kardioqramma aparatından çıxan kağız lentə dikilmişdi. Tibb bacısı aparatdan üstü əyri-üyrü xətlərlə cızılmış lenti kəsəndə nəvəsinin sualı hamını diqqətdən ayırdı:
- Baba bu nədir?
- III İpək Yolu Gəncləri foto və video müsabiqəsinə qəbul
- “Sənətkarın dostu” layihəsi davam edir
- Ölmədim... Yaşadım... – Şəhid qızından ürək parçalayan sözlər
Cavabı qısa oldu :
- Ürəyimin naxışı...