Tanınmış yazıçıdan gündəmlə səsləşən povest gəlir

Tanınmış yazıçıdan gündəmlə səsləşən povest gəlir
1 aprel 2019
# 16:43

Tanınmış yazıçı Səfər Alışarlı yeni povest yazıb.

Kulis.azın verdiyi xəbərə görə, son gündəm hadisələri ilə səsləşən “Qız və maneken” adlı əsər sabahdan saytımızda hiss-hissə yayımlanacaq.

Xatırladaq ki, M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu olan Səfər Alışarlı “Zəng”, “Sən heç nə bilmirdin” və “Quraq fəsillər” adlı hekayələr kitabının, “Avqust” roman və povestlər toplusunun, o cümlədən “Gavur” povestinin və “Maestro” romanının müəllifidir.

Yeni qələmə aldığı “Qız və maneken” povestinin də maraqla qarşılanacağına əminik.

# 1590 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #