Azərbaycan və Yaponiya musiqiçiləri eyni səhnədə

 Azərbaycan və Yaponiya musiqiçiləri eyni səhnədə
3 noyabr 2017
# 17:13

Azərbaycan Milli Konservatoriyasında Yaponiyanın Bakıdakı səfirliyinin birgə təşkilatçılığı ilə iki ölkənin xalq musiqisindən ibarət konsert proqramı təqdim edilib.

Konsertdən əvvəl konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar. Konservatoriya ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edən səfir muğamı çox sevdiyini diqqətə çatdırıb.

Konsertin birinci hissəsində yaponiyalı, ikinci hissəsində azərbaycanlı musiqiçilər çıxış ediblər. Sonda iki ölkə sənətkarlarının təqdim etdiyi sintez musiqi maraqla qarşılanıb. /azertag.az/

# 793 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #