Kulis.Az Məlahət Adilovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Kinoteatr” (145 işarə) hekayəsini təqdim edir.
Kinoteatr. Ekranda "Aşk Kırmızı". Xəyanətin ən ağır yerində oğlan:
-Axı bu qız bu xəyanətə necə dözür?
 
Qız:
 
-İzah edim?
 
Oğlan onun əlini daha möhkəm sıxır.
 
Film davam edir.