Kulis.az Toğrul Turqut imzası ilə sosial şəbəkələrdə yayılmış şeiri təqdim edir. Xatırladaq ki, şeir tanınmış şair Aqşin Yeniseyin məşhur “Məktub” şeirinə parodiya yazılıb.
Sənə məktub yazıram
Yazıram ki,
- Zəlimxan Yaqubdan xalq yazıçısı Anara açıq məktub
 - 25 ildən sonra tapılan YAZI
 - Xalq artistinin həyat yoldaşı vəzifəsindən azad edildi - Yeni təyinat
 
Bağışla...
Havalar düzəlibdir,
Narın yağır yağışlar.
Həkim məsləhətiylə,
Azaltmışam içkimi.
Dövr əvvəlki deyil,
Day içmirəm it kimi.
Çirkli ayaqqabılar,
Dibi yanmış qazança.
Xatirədir o vaxtdan,
Yaddan çıxar haçansa.
İndi özüm də hərdən,
Mətbəxə çəkirəm baş.
Aşbazlıqla yanaşı,
Üstüm təmiz, üz təraş.
Qovuşdum gec də olsa,
Aşiqəm arvadıma.
Bəlkə qəribə gələr,
Heç düşmürsən yadıma.
Balaca bir qızım var,
Unutdurub keçmişi.
Çox xoşbəxt mənzərədir
Övlad saxlayan kişi.
Üçümüz bir yatırıq,
Dağıdırıq otağı.
Səhər işə gedəndə,
Arvad yığır yatağı.
Şükür yoxdur dərd qəmim
Havalar keçir əla
Narın yağır yağışlar.
Sənə məktub yazıram
Yazıram ki,
bağışla...