Azərbaycanlı aktrisa beynəlxalq mükafat aldı

Azərbaycanlı aktrisa beynəlxalq mükafat aldı
18 sentyabr 2017
# 15:51

Aktrisa Kəmalə Müzəffər beynəlxalq festivalda qalib olub.

Kulis.az-ın verdiyi xəbərə görə, əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi “Cəza” monotamaşası Başqırdıstanın paytaxtı Ufada 7-14 sentyabr tarixlərində keçirilən VI “Tuğanlıq” Turkdilli Teatrların Beynəlxalq Festivalında nümayiş olunub.

Tamara Vəliyevanın “Xəyanət” povesti əsasında Gənc Tamaşaçılar Teatrında hazırlanmış monotamaşada qəhrəmanı oynayan aktrisa Kəmalə Müzəffər “Ən yaxşı qadın rolu” nominasıyasında “istedadlı oyun tərzinə görə” diplomuna layiq görülüb.

“Cəza” tamaşası çox gənc ikən ailə qurmuş qadının taleyindən bəhs edir.

Xatırladaq ki, “Tuğanlıq” Turkdilli Teatrların Beynəlxalq Festivalı 1991-ci ildən keçirilir.

VI “Tuğanlıq Festivalında M.Qafuri adına Başqırd Akademik Teatrı, Topanov adına Xakas Milli Teatrı, “Uçur” Qırğız Gənclər Teatrı, M.Karim adına Başqırd Milli Gənclər Teatrı, Dağıstan Dövlət Noqay Dram Teatrı, Balkar Dövlət Dram Teatrı, K.İvanov adına Çuvaş Dövlət Dram Teatrı, H.Kamal adına Tatar Dövlət Dram Teatrı, “Jastar” Qazax Teatrının tamaşaları nümayiş olunub.

# 1298 dəfə oxunub

Müəllifin son yazıları

# # #