Kulis.Az Sevinc Elsevərin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qarpız” (326 işarə) hekayəsini təqdim edir.
Can üstündə nənəm qarpız istədi. Hamı heyrətləndi. Hələ yayın əvvəli idi. Atam başılovlu getdi, yarım saat sonra qarpızla qayıtdı. Qarpızı dilimlədilər, nənəm bir dilim yeyib canını tapşırdı.
Biz uşaq olanda gec yatırdıq. Bizi yatağımıza yığa bilməyən nənəm acıqlanırdı: “Niyə yatmırsız, boz eşşək ala qarpız gətirməyə gedib?!”
- “Guruldama, yağ!” - Şairlərimizdən xatirələrdə qalan aforizmlər
- Corc Kluni: "Metyu Perri xoşbəxt deyildi"
- Çiyələkli saqqız - Dəniz Pənahova
Nənəmə də anası uşaq vaxtı belə acıqlanarmış yəqin.