Xan Sarayı UNESCO siyahısına namizəddir

Xan Sarayı UNESCO siyahısına namizəddir
22 iyun 2017
# 10:04

İyulun 2-dən 12-dək Polşanın Krakov şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası keçiriləcək.

AzərTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, Azərbaycandan Şəki Xan Sarayı da daxil olmaqla Şəkinin tarixi hissəsi Dünya İrsi Siyahısına salınmaq üçün namizədlərin siyahısında yer alıb.

Xatırladaq ki, ölkəmizin müvafiq təklifini UNESCO-nun Dünya İrsi Komitəsi gözdən keçirmiş və müraciətə düzəlişlər edilmək üçün Azərbaycan tərəfinə qaytarmış, 2016-cı ilin fevralında isə Azərbaycan tərəfi müvafiq düzəlişləri tamamlayaraq təklifi UNESCO-ya təqdim edib.

# 810 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #