Sevinc Çılğın: “Əla” -Ən qısa hekayə

Sevinc Çılğın: “Əla” -Ən qısa hekayə
17 dekabr 2013
# 17:00

Kulis.Az Sevinc Çılğının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Əla” (490 işarə) hekayəsini təqdim edir.

Sevişdilər, yoruldular. Qadın arxa çevirdi. Kişi qucaqladı. Qadın ayaqlarını onun ayaqları arasında gizlətdi.

Qadın:

- Qulağıma bir şey de.

Pıçıldadı.

Qadın sol əli ilə sol qulağını qapayıb yatdı.

Oyandılar. Qadın kişinin arxasınca gecə köynəyini sürüyə-sürüyə addımlayırdı. Kişi çevrilib qadının burnundan öpdü. Getdi.

Yuxulu qadın oturub dizlərini qucaqladı. Başını qollarına söykədi. Gözü barmaqlarına sataşdı. Pəncəsi divanın tininə dirənmişdi. Barmaqları havadaydı. Hərəsi bir cür əyilmişdi. Baş barmağı yuxarı dartınırdı, digərləri aşağı. Yəni "əla".

Əla?

# 3365 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #