MKM şikayətlərə açıq iclasda baxacaq

MKM şikayətlərə açıq iclasda baxacaq
4 mart 2013
# 11:44

Milli Kitab Mükafatının (MKM) martın 1-də açıqlanan uzun siyahısına (ilk 20-lik) əsəri düşməyən bəzi yazıçılar nəticəyə etiraz ediblər.

MKM təsisçisi Nigar Köçərli etiraz edən hər bir müəllifin apellyasiya hüququnun təmin edilməli olduğunu bildirib: “Hal-hazırda iki gənc müəllif nəticəyə etiraz edib: Fərid Hüseynli və Cavid Zeynallı. Onların etirazını normal qəbul edirəm. MKM-in əsas prinsi şəffaflıqdır. Bu baxımından ədalətli olmaqla şəffaf formada onların və ya digər nəticəyə etiraz edənlərin apellyasiya şikayətinə baxılacaq. Bu bazar günü Ekspertər Şurası yenidən toplanacaq, apellyasiya şikayətlərinə baxılma tarixini müəyyən edəcəyik. Apellyasiya prosesi şəffaf olacaq, bir tərəfdə Ekspertlər Şurası, digər tərəfdə isə şikayət edən müəlliflər oturacaq. Proses hər kəsin, o cümlədən jurnalistlərin üzünə açıqdır”.

Əsəri uzun siyahıya düşməyən yazıçı Cavid Zeynallı Kulis.Az-a açıqlamasında ekspertlərin öz çevrəsinə yaxın adamları siyahıya daxil etdiyini və ilk 20-liyi biabırçılıq adlandırmışdı.

Mövzu ilə bağlı digər yazılar:

MKM-in uzun siyahısı açıqlandı

"MKM-in siyahısı biabırçılıqdır"

# 1836 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #