Rus yazıçısına hannibalizm ittihamı

Rus yazıçısına hannibalizm ittihamı
2 sentyabr 2016
# 10:58

Hannibalizmi təbliğ etdiyi üçün yazıçı Vladimir Sorokinə iş açılmasını tələb ediblər.

Ekstremizmə qarşı ictimai hərəkatın rəhbəri İrina Vasin ərizə ilə polisə müraciət edərək bildirib ki, yazıçı Vladimir Sorokin “Nastya” adlı hekayəsində hannibalizmi təbliğ edib.

İctimai təşkilat üzvləri həmçinin bu ilin avqustunda həmin hekayə əsasında filmin çəkilişlərinə başlayan rejissor Konstantin Boqolomovun da məsuliyyətə cəlb olunmasını tələb edib. Qalmaqallı hekayənin süjeti on altı yaşlı qızdan bəhs edir. Qız ad günündə öz valideynləri tərəfindən rus sobasında bişirilərək süfrəyə qoyulur və qonaqlar tərəfindən yeyilir.

Ərizəçinin sözlərinə görə hekayədə bir qrup insan və pravoslav xaçpərəstlərinin dəyərləri təhqir olunub.

Vasina ərz edib ki, biz Boqomolovun filmini görmədiyimiz üçün onun nə çəkdiyini deyə bilmərik. Sorokinin “Nastya” hekayəsini isə ekstremist hesab edirik və hekayənin Rusiya ərazisində qadağan olunması üçün ərizə ilə polisə müraciət etmişik.

# 945 dəfə oxunub

Müəllifin son yazıları

# # #