Bilirsən necə çətin
Başqasını isidən bir əl üçün üşümək
 
Bilirsən necə çətin
Sevdiyini özgəyə 
Öz əliylə göndərmək 
 
Bilirsən necə çətin
Yad qadını unutmaq
Üzünə cızıq sevgi yazılan qadınlardan olmaq 
 
Sevgini sevgilərə bənzətməzsən heç zaman
“Ən çox mən sevirəm” deyib susasan.
Ömrü qurban verəsən bir uzaqdan gələnə
Yaşın qoca çağında qəfil düşə yadına.
Bir cümlədə özünə min dəfə söyə-söyə
Deyəsən  lənət ola səni tanıdığım günə.