Şərif Ağayar kitabını imzalayacaq

Şərif Ağayar kitabını imzalayacaq
28 may 2017
# 14:20

İyunun 3-ü “Qanun” nəşriyyatının ənənəvi həftə sonu layihələri çərçivəsində “Elmlər Akademiyası”nın bağında keçirilən yarmarkada yazıçı Şərif Ağayar da iştirak edəcək.

Kulis.azın verdiyi xəbərə görə, o, saat 15-dən 18-dək yeni çapdan çıxmış “Arzulardan sonrakı şəhər” kitabını oxucular üçün imzalayacaq.

Təbir barədə açıqlama verən yazıçı bunları söyləyib: “Açığı, ayrıca kitab təqdimatı keçirməyə utandım. Çünki indi belə tədbirlər xeyli çoxalıb. Oxucuları şəxsən dəvət eləmək, onlara zəhmət vermək istəmədim. Onsuz da bütün tədbirlərə eyni adamlar gəlir. Bir yandan da kitabımı alıb imzalatmaq istəyən, mənimlə görüşməyi arzulayan oxucular var. Onların da haqqına girməmək üçün belə bir variant seçdim. Üç saat yarmarkada oxucuların qulluğunda olacam. Kitab imzalamaqdan, şəkil çəkdirməkdən tutmuş çay içməyə qədər nə istəsələr canla-başla hazıram. Arzusunda olanlar buyurub gəlsinlər.”

# 800 dəfə oxunub

Müəllifin son yazıları

# # #