Nizami Gəncəvi portuqal dilində

Nizami Gəncəvi portuqal dilində
28 oktyabr 2017
# 09:20

Nizami Gəncəvinin aforizmləri portuqal dilində kitab şəklində dərc olunub.

Azərbaycanın Braziliyadakı Səfirliyindən Kulis.az-a daxil olan məlumata görə, kitab 23-25 oktyabr tarixlərində Braziliyada keçirilən Türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində çap edilib.

“Zaman üzərindən bir körpü” adlı nəşrdə, görkəmli Azərbaycanlı mütəfəkkirin əsərlərindən seçilmiş aforizmlər yerli oxucularda maraq oyadıb.

Kitabın təqdimat mərasimi də keçirilib və tədbirdə Parlamentarilər, diplomatik korpus üzvləri, yerli ictimaiyyətin, elmi dairələrin və mətbuatın nümayəndələri iştiarak edib.

# 842 dəfə oxunub

Müəllifin son yazıları

# # #