Pelevin masonlardan roman yazdı

Pelevin masonlardan roman yazdı
1 sentyabr 2016
# 10:56

Rusiya yazıçısı Viktor Pelevinin yeni romanı "Mafusaila Lampası və ya masonlarla çekistlərin ekstremal döyüşü" on gündən sonra işıq üzü görəcək.

Kulis.Az-ın rus saytlarına istinadən verdiyi xəbərə görə, kitabın birinci tirajı sentyabrın 7-dən 11-dək Moskvada keçiriləcək beynəlxalq kitab yarmarkasında satışa çıxacaq.

"Mafusaila Lampası və ya masonlarla çekistlərin ekstremal döyüşü" yazıçının sayca 14-cü romandır. V.Pelevinin bundan əvvəlki romanı “Smotritel” (Nəzarətçi) keçən il çap olunub.

V.Pelevin 1990-cı illərin ortalarında “Omon Ra”, “Həşəratların həyatı”, “Çapayev və boşluq” kimi romanları ilə şöhrət tapıb.

# 1396 dəfə oxunub

Müəllifin son yazıları

# # #