"YouTube"un qorxu fenomeni böyük ekranda

The Mandela Catalogue serialındankadr

The Mandela Catalogue serialındankadr

3 iyul 2026
# 13:52

Aşağı büdcəli "Obsession" və "Backrooms" filmlərinin kinoteatrlarda əldə etdiyi nəhəng uğurdan sonra böyük kino studiyaları gözlərini məşhur "The Mandela Catalogue" layihəsinə dikib.

Kulis.az xəbər verir ki, məşhur yutub serialının yeni kassa rekordu qıracağını düşünən 11 studiya arasında gedən rəqabətin qalibi bəlli olub.

Layihənin ekranlaşdırılma hüquqlarını "United Artists", Stiven Spilberqin "Amblin Entertainment" şirkəti və "Amazon MGM Studios" birgə əldə edib.

Yeni qorxu filminin rejissor kürsüsü isə layihənin yaradıcısı olan 22 yaşlı amerikalı Aleks Kisterə həvalə ediləcək. O, filmin ssenarisini Tayler Kliftonla birlikdə qələmə alıb.

"The Mandela Catalogue" nədir?

100 milyondan çox baxış sayı toplayan layihə "Local 58" və "Backrooms" ilə birlikdə yutubun ən vacib qorxu seriallarından biri hesab olunur.

2021-ci ildə başlayan serialda hadisələr ABŞ-nin Viskonsin ştatındakı uydurma Mandela qraflığında cərəyan edir.

Hekayənin mərkəzində bölgəni istila edən, demək olar ki, ölümsüz və forma dəyişdirə bilən qorxunc varlıqların yaratdığı dəhşət dayanır.

Milyonlar qazandıran gənc rejissorlar

Qeyd edək ki, 21 yaşlı Keyn Parsonsun cəmi 10 milyon dollar büdcə ilə çəkdiyi "Backrooms" filmi mayın 29-da yayımlandıqdan bəri dünya çapında 330 milyon dollardan çox gəlir əldə edib.

26 yaşlı Karri Barkerin imzasını daşıyan və cəmi 750 min dollar büdcəsi olan "Obsession" da eyni gündə kinosevərlərlə görüşüb və qlobal kassada 374 milyon dollar toplayaraq inanılmaz bir uğura imza atıb.

Məşhur rejissorun alqışı

Üçqat "Oskar" mükafatçısı Stiven Spilberq iyunun 12-də yayımlanan yeni elmi-fantastik filmi "Disclosure Day"in xüsusi nümayişində çıxış edərkən gənclərin əldə etdiyi böyük uğuru belə şərh edib:

"Onların adına çox şadam. Məncə, bu, böyük inkişafdır. Demək olar ki, heç pulları yox idi; xüsusilə "Obsession" 1 milyon dollardan az büdcə ilə çəkildi, digərininki isə bəlkə 9 və ya 10 milyon dollar idi. Buna baxmayaraq, kassada möhtəşəm nəticələr əldə edirlər. Onları ayaq üstə alqışlayıram. "Backrooms"a hələ baxmamışam, gərgin iş qrafikim bitdikdə mütləq izləyəcəyəm. Lakin "Obsession"u izlədim və heyran qaldım".

# 445 dəfə oxunub

Oxşar xəbərlər

Dünya kinosunun "mafiya lideri" - Robert De Nironun unudulmaz rolları

Dünya kinosunun "mafiya lideri" - Robert De Nironun unudulmaz rolları

17:00 17 avqust 2026
Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı

Ceki Çanın rol aldığı filmin Azərbaycandakı çəkilişləri başa çatdı

16:55 17 avqust 2026
“Molla Nəsrəddin - çətin günlərin dostu”   ekranlaşdırılır

“Molla Nəsrəddin - çətin günlərin dostu” ekranlaşdırılır

10:20 17 avqust 2026
Çarəsizliyin ifadəsi, fövqəltəbii güc və gizli agent – Helli Berrinin  3 yaddaqalanrolu

Çarəsizliyin ifadəsi, fövqəltəbii güc və gizli agent – Helli Berrinin 3 yaddaqalanrolu

18:00 14 avqust 2026
"Oskar" mükafatının namizədləri müəyyənləşir

"Oskar" mükafatının namizədləri müəyyənləşir

16:15 14 avqust 2026
Dünya kinosunun “yol filmləri” rejissoru – Vim Venders kimdir?

Dünya kinosunun “yol filmləri” rejissoru – Vim Venders kimdir?

14:30 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər