Mükafat alan rus filmi Rusiyada göstəriləcəkmi? - SENSASİYA

Mükafat alan rus filmi Rusiyada göstəriləcəkmi? - SENSASİYA
2 iyun 2014
# 11:19

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bir müddət əvvəl verdiyi qərara əsasən filmlərdə, teatr tamaşalarında açıq-saçıq sözlər dən istifadə qadağan edilmişdi.

Məşhur rus rejissoru Andrey Zvyaqintsevin Kann Festivalında ən yaxşı ssenari müsabiqəsində mükafat alan “Levifian” filmində açıq-saçıq ifadələr və söyüşlər var. Rejissor Zvyaqintsev “Qazeta.ru saytına müsahibəsində öz filmindəki açıq-saçıqlıq haqda danışıb:

“Sözügedən qanun iyulun 1-dən qüvvəyə minir. Bizim filmi olduğu kimi ekrana buraxmaq haqqımız var. Biz ana söyüşündən sui-istifadə etməmişik. Hər bir söz yerindədir, canlıdır. Mənə elə gəlir ki, dilə qadağalar qoymaq, ümumiyyətlə hər hansı qadağalar qonmaq yaxşı deyil. bu məsələyə seçim kimi yanaşmaq lazımdır. Mən hesab edirəm ki, bizim filmimizdə söyüş bədii həqiqətin çatdırılması nöqteyi-nəzərindən vacib idi”.

Andrey Zvyaqintsevin “Leviafan” filmi Rusiyanın Mədəniyyət Nazirliyi və Kino Fondunun dəstəyi ilə çəkilib.

# 3563 dəfə oxunub

Oxşar xəbərlər

"Betmen 2"nin yayım tarixi açıqlandı

"Betmen 2"nin yayım tarixi açıqlandı

12:45 18 mart 2026
Emir Kusturitsa:  "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

Emir Kusturitsa: "Kommersiya uğuru hər zaman həqiqi keyfiyyət demək deyil..."

13:00 17 mart 2026
Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

17:16 16 mart 2026
"Hamnet" filmindəki İngiltərə

"Hamnet" filmindəki İngiltərə

14:30 16 mart 2026
Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

10:13 16 mart 2026
Frida Kalonun həyatı əsasında serial çəkiləcək

Frida Kalonun həyatı əsasında serial çəkiləcək

10:10 14 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər