Kalmıkiya rejissoru Haqverdiyevin əsərini səhnələşdirəcək

Kalmıkiya rejissoru Haqverdiyevin əsərini səhnələşdirəcək
13 may 2015
# 13:52

Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında eyniadlı tamaşaya quruluş vermək üçün Bakıya gəlib. Kulisin məlumatına görə yeni səhnə əsərinin hazırlıq prosesinə artıq start verilib.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

İlk dəfə müraciət olunan səhnə əsərində rolları Əməkdar Artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa edəcəklər.

Məlumat üçün bildirək ki, qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Kalmıkiya Respublikasına ezam olunaraq yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb. Tamaşanın cari ilin iyun ayının 9-10-da nümayiş etdirilməsi nəzərdə tutulur.

# 2017 dəfə oxunub

Oxşar xəbərlər

“Apokalipsis”in aktyoru vəfat etdi

“Apokalipsis”in aktyoru vəfat etdi

10:01 4 fevral 2026
Vətən Müharibəsi haqqında yeni filmin çəkilişlərinə başlandı

Vətən Müharibəsi haqqında yeni filmin çəkilişlərinə başlandı

16:00 3 fevral 2026
“Yeşilçam”ın  tanınmış aktyoru vəfat etdi

“Yeşilçam”ın tanınmış aktyoru vəfat etdi

17:18 2 fevral 2026
Endi Vorholun yeni filmləri üzə çıxdı

Endi Vorholun yeni filmləri üzə çıxdı

12:16 30 yanvar 2026
Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

11:39 30 yanvar 2026
“Ssenaridə aktlar və keçidlər”  adlı təlim keçirildi

“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirildi

17:00 26 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər