“Herostratı unudun” tamaşasının premyerası keçirilib

“Herostratı unudun” tamaşasının premyerası keçirilib
13 noyabr 2015
# 16:39

Akademik Milli Dram Teatrında “Herostratı unudun” tamaşasının premyerası keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qriqori Qorinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova, aktyorlar Hikmət Rəhimov, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Ülvi Həsənov, Şamil İbrahimov, Elgün Həmidov çıxış edirlər.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Rus dramaturqu Qriqori Qorinin pyesi əsasında səhnələşdirilmiş “Herostratı unudun!” adlı ikipərdəli tragikomediyanın süjetini dünyanın yeddi möcüzəsindən biri hesab edilən, inşası 120 il davam etmiş qədim Efes şəhərindəki Artemida məbədinin eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bazar alverçisi tərəfindən yandırılması hekayəsi təşkil edir.

# 2000 dəfə oxunub

Oxşar xəbərlər

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
Türkiyədə Azərbaycan Kinosu Günləri

Türkiyədə Azərbaycan Kinosu Günləri

10:07 6 may 2026
“Bir səfərin izi ilə”  filmi nümayiş olundu

“Bir səfərin izi ilə” filmi nümayiş olundu

10:20 5 may 2026
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək

Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək

12:15 4 may 2026
Oskar mükafatında süni intellektə məhdudiyyət qoyuldu

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyuldu

14:55 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər