Qansız milli qəhrəman filmi VİDEO

Qansız milli qəhrəman filmi <span style="color:red;">VİDEO
11 mart 2015
# 12:13

Azərbaycan kino məkanında portret sənədli filmlər adətən bir neçə klişe üzərində qurulur: qəhrəmanın yaxın adamlarının, dostlarının müsahibəsi, başqa sözlə desək, müsahibə - yəni danışan başlar, anfasdan görüntü, xüsusi informasiya yükü olmayan kadrarxası poetik-pafoslu mətn, bir neçə foto, sənədli kadr və bol, lirik musiqi.

Gənc rejissor Emin Əfəndiyevin Milli Qəhrəman, Qarabağ müharibəsinin şəhidi, “əmi” ləqəbli Yelmar Ədilov haqda çəkdiyi “Vətən qeyrəti” sənədli filminə baxana qədər düşünürdüm ki, müəllif də əksər yaşlı həmkarları kimi bu standartlarla işləyib.

Yaxşı ki, gözlədiyim olmadı. Əslində Qarabağ müharibəsinin nəticələri, mənəvi-əxlaqi problemləri haqda maraqlı “Yuva” qısametrajlı filminin müəllifindən əksini gözləmək də düz deyildi.

Emin əlindəki məhdud materiallarla lakonik, pafosdan uzaq, mumkun qədər kinematoqrafliyə yaxın film çəkib.

Əvvəla, danışan başlardan – ənənəvi formalı musahibələrdən çox istifadə olunmayıb .

Y.Ədilov haqqında danışan yaxınları, dostları ekranda görünənə kimi müəllif əvvəlcə onlar haqda hərəkətli, natura planları ilə vizual informasiya verir. Məhz sadə, realist kadrlar filmə təbiilik gətirir, onu sənədli kinonun mahiyyətinə, tamaşaçını isə qəhrəmana yaxınlaşdırır. Və bundan sonra kadr arxasından qəhrəmanın yaxınlarının nəqli başlayır.

Yelmar Ədlilovla bağlı 1990-cı illərdə çəkilmiş maraqlı sənədli kadrlar da filmdə yer alıb. Həmin sənədli, ağ-qara xronikada onun həyat yoldaşı Reyhan Quliyeva, döyüşçü yoldaşları görünür. Və bu sənədli görüntülərdəki ekstremal situasiyalarda həyat yoldaşının, döyüşçü yoldaşlarının danışığı, onların indi - dinç dövrdəki müsahibələri ilə növbələşir, qəribə təzad yaradır.

Rejissor qəhrəmanın döyüş yoldaşları ilə müsahibə metodundan imtina edib. Onların Y.Ədilov haqda xatirlərini çay süfrəsi arxasında bir növ debat formasında təsvir edib. Kamera da sanki bu söhbət zamanı təsadüfən peyda olaraq onları müşahidə edir.

Filmin adının (“Vətən qeyrəti”) pafosuna, sıradan olmasına baxmayın. Burda qəhrəmanı haqda heç kəs pafoslu danışmır. Onun portreti konkret faktlar və hadisələrlə açıqlanır.

Tipik portret sənədli filmlərdə emosional təsiri adətən musiqinin üzərinə yükləmək asan fənddir. Burda isə emosioanallığı situasiyalar, görüntü verir. Musiqinin istifadəsi isə minimaldır.

Salnamə kinostudiyasında istehsal olunan filmin ssenari müəllifi Rəfiqə Məsud, operatoru Elşən Əliyevdir.

Yelmar Ədilov haqda dosye: 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirib. Minskdə hərbi xidmətdə olub. O, həm də samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədə səbəbindən hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunub.

1988-ci ildə Qarabağ münaqişəsi başlayanda Yelmar könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edir. 1991-ci ildə onun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamın müdafiəsində böyük rol oynadı. 1994-cü ildə gedən döyüşdə Yelmar qəhrəmanlıqla həlak olur.

1994-cü ildə Ədilov Yelmara ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

# 2188 dəfə oxunub

Oxşar xəbərlər

Milyonların gözlədiyi filmdə o da çəkiləcək

Milyonların gözlədiyi filmdə o da çəkiləcək

12:11 14 oktyabr 2025
Azərbaycanlı rejissor beynəlxalq film festivalında mükafata layiq görüldü

Azərbaycanlı rejissor beynəlxalq film festivalında mükafata layiq görüldü

11:37 13 oktyabr 2025
"Azərbaycanfilm"in direktor müavini və aparat rəhbəri işdən çıxarıldı

"Azərbaycanfilm"in direktor müavini və aparat rəhbəri işdən çıxarıldı

14:23 10 oktyabr 2025
"Dune 3"  filminin hazırlıqları davam edir

"Dune 3" filminin hazırlıqları davam edir

10:40 9 oktyabr 2025
Süni zəka tərəfindən çəkilən ilk film təqdim olundu

Süni zəka tərəfindən çəkilən ilk film təqdim olundu

11:35 7 oktyabr 2025
“Simpsonlar”  20 il sonra qayıdır

“Simpsonlar” 20 il sonra qayıdır

10:17 2 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər