Azərbaycanlı rejissorun layihəsi Hollandiyada qalib oldu

Azərbaycanlı rejissorun layihəsi Hollandiyada qalib oldu
24 oktyabr 2017
# 12:49

İlk dəfə olaraq Azərbaycanlı rejissorun kino layihəsi Rotterdam kino festivalının nəzdindəki Hubert Bals Fondu kino layihələr müsabiqəsinin qalibi olub.

Kulis.azın verdiyi xəbərə görə, rejissor Elvin Adıgözəlin “Yaşar” kino layihəsi qalib olan doqquz layihədən biri olub. Müsabiqədə 315 layihə yarışıb. Qaliblər öz ssenarilərinin yazılması üçün maliyyə mükafatı alacaqlar. Bu həm də layihənin Avropa kino mütəxəssislərinin diqqətini qazanması deməkdir.

“Yaşar” kino layihəsi ən yaxın adamlarla belə dil tapa bilməyən yaşlı bir adamın hekayəsindən bəhs edəcək Azərbaycan və Fransanın ortaq işidir. Layihə bundan əvvəl İstanbul beynəlxalq kinofestivalında qalib olub.

Xatırladaq ki, rejissorun Rüfət Həsənovla birgə çəkdiyi “Buqələmun” filmi 66-cı Lokarno kino festivalının müsabiqə proqramında iştirak etmişdi. Film 10-na yaxın nüfuzlu festivalda nümayiş olunub.

Həmçinin, müstəqil kino layihələrindən başqa rejissor tamaşaçılara müstəqil teatr layihələri - tamaşalar təqdim etmişdi.

# 1558 dəfə oxunub

Oxşar xəbərlər

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

“TRT Belgesel”in hazırladığı filmdə Qarabağ şəhidləri yad edildi

17:00 13 fevral 2026
“Arzunun ardınca”  sənədli filmi nümayiş olundu

“Arzunun ardınca” sənədli filmi nümayiş olundu

16:30 13 fevral 2026
"F1"-in davamı çəkiləcək

"F1"-in davamı çəkiləcək

14:30 11 fevral 2026
Berlin Film Festivalında yarışacaq filmlər - Siyahı

Berlin Film Festivalında yarışacaq filmlər - Siyahı

12:54 11 fevral 2026
"Kinematoqrafiya haqqında”  Qanun dəyişir

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

15:05 10 fevral 2026
Qanunvericiliyə “Xarici film”  anlayışı daxil edilir

Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir

13:44 10 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər