“Kuklalar” filmi “YARAT”da nümayiş olunacaq

“Kuklalar” filmi “YARAT”da nümayiş olunacaq
11 avqust 2017
# 10:30

Avqustun 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Çingiz Rəsulzadənin “Kuklalar” filmi nümayiş etdiriləcək. Kulis.azın Azərtac-a istinadən verdiyi xəbərə görə ssenari müəllifləri Çingiz Rəsulzadə və Ramiz Fətəliyev olan ekran əsərində hadisələr keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir.

SSRİ-nin son günlərində altı gənc dost Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanır. Onların həyatında hər şey ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Özləri dərk etdikləri kimi azad yaşamağa can atan bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verir.

Film Azərbaycan dilində ingilis subtitrləri ilə təqdim ediləcək.

# 2818 dəfə oxunub

Oxşar xəbərlər

“Apokalipsis”in aktyoru vəfat etdi

“Apokalipsis”in aktyoru vəfat etdi

10:01 4 fevral 2026
Vətən Müharibəsi haqqında yeni filmin çəkilişlərinə başlandı

Vətən Müharibəsi haqqında yeni filmin çəkilişlərinə başlandı

16:00 3 fevral 2026
“Yeşilçam”ın  tanınmış aktyoru vəfat etdi

“Yeşilçam”ın tanınmış aktyoru vəfat etdi

17:18 2 fevral 2026
Endi Vorholun yeni filmləri üzə çıxdı

Endi Vorholun yeni filmləri üzə çıxdı

12:16 30 yanvar 2026
Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

11:39 30 yanvar 2026
“Ssenaridə aktlar və keçidlər”  adlı təlim keçirildi

“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirildi

17:00 26 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər