ƏSA Teatrı ABŞ-da bizi təmsil edəcək

ƏSA Teatrı ABŞ-da bizi təmsil edəcək
26 aprel 2018
# 13:20

ƏSA Teatrı Amerika Birləşmiş Ştatlarında Azərbaycanı təmsil edəcək.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, ƏSA teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində 2-12 may 2018-ci il tarixlərində “Əlilliyin müdafiəsi, islahatlar və incəsənət” mövzusunda təşkil olunacaq beynəlxalq layihədə iştirak edəcək. Layihə müddətində rejissor Nihad Qulamzadə ABŞ-ın paytaxtı Vaşinqtonda və digər şəhərlərində Amerikadan və dünyanın müxtəlif ölkələrindən layihəyə qatılan mütəxəssislərlə öz təcrübələrini bölüşəcək. Həmçinin, layihə çərçivəsində ƏSA Teatrı və onun Azərbaycandakı fəaliyyəti, teatra olan dövlət və ictimai marağı əks etdirən təqdimat nümayiş olunacaq. Təqdimatda ƏSA Teatrının yarandığı gündən hazırladığı və geniş ictimaiyyətin maraqla qarşıladığı tamaşalardan, reallaşdırdığı sosial layihələrdən, perspektiv planlardan, həyata keçirilməsi nəzərdə tutulan yaradıcı layihələrdən bəhs ediləcək.

Qeyd edək ki, Açıq Dünya Proqramı ABŞ-da 1999-cu ildən təşkil olunan beynəlxalq layihədir. Azərbaycanı bu il layihədə ƏSA Teatrı ilə yanaşı sosial sferada fəaliyyət göstərən fiziki məhdudiyyəti olan və olmayan daha 4 nəfər təmsil edəcək.

Xatırladaq ki, ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə yaradılıb. Təkcə Qafqaz ölkələrində deyil, eləcə də bütün regionun ilk və tək inklüziv teatrıdır. Teatrın əsas aktyor heyəti fiziki məhdudiyyətli şəxslərdən ibarətdir.

# 2007 dəfə oxunub

Oxşar xəbərlər

“Yağışdan sonrakı əks-sədalar”  qısametrajlı filminin nümayişi oldu

“Yağışdan sonrakı əks-sədalar” qısametrajlı filminin nümayişi oldu

17:00 20 may 2026
"Haysiyet"in baş rolları açıqlandı

"Haysiyet"in baş rolları açıqlandı

16:42 20 may 2026
Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

15:00 20 may 2026
“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

13:30 19 may 2026
"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

13:26 19 may 2026
Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçildi

Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçildi

13:00 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər