Reklamın zorladığı yeni filmlərimiz

Reklamın zorladığı yeni filmlərimiz
9 yanvar 2018
# 13:28

Mirmehdi Ağaoğlu

Təsadüfən belə alındı ki, bu gün dalbadal son illər çəkilmiş üç yeni komediyaya baxdım. Əvvəl "Stalinin başı"na, sonra "Hoqqa"ya, daha sonra da "Gizlənpaç"a.

Ən çox xoşuma gələn "Gizlənpaç" oldu. Xüsusi atmacalardan, zarafatlardan çox, dolğun süjet üzərində qurulmuşdu. Müşfiq Şahverdiyev İlkin Misgərlinin oyunları da normal idi. Ümumiyyətlə, Müşfiq "My name is İntiqam"dan üzübəri hər rolunda üstünə qoyur. Ən yaxşı rolu da "Kəklikotu"ndadır.

"Stalinin başı" isə ənənəvi “Bozbaş pikçers” üslubunda çəkilib. Personajların hər birinin xarakterik xüsusiyyətləri var, film də əsasən bu personajların həmin xüsusiyyətləri üzərində qurulur deyə, ilk baxışdan maraqlı görünən süjet dərinə işləmir, zənginləşdirilmir. Belə deyək, "Stalinin başı" müstəqil filmdən çox, “Bozbaş pikçers”in davamını və ya Şəmigilin növbəti macərasını xatırladırdı.

Yeri gəlib, deyim ki, “Bozbaş pikçers” də maraqlı layihədir, güldürə bilir, bircə reklamlar bu qədər açıq olmasa. Ümumiyyətlə, filmlərdə reklam məsələsi böyük “paz”dır. Axı siz bu filmləri "odnarazıvı" çəkmirsiz, sabah reklam etdiyiniz sığorta şirkətləri, mebel mağazaları, enerji içkiləri, kolbasalar olmaya bilər, amma filmlər qalacaq. O zaman nə edəcəksiz?

Məncə, artıq film çəkənlərin reklam şirkətlərinə, sponsorlara dur deməyinin, heysiyyət nümayiş etdirməyinin vaxtı çatıb. Sponsorsan lap yaxşı, dur kənara, titrlərdə adın çəkilər, bəsindir, aktyor kimi nə düşmüsən ortaya, hər kadra girirsən. Əslinə qalanda sponsorlar, iqtisadi subyektlər hər hansı bir mədəniyyət layihəsində iştirak etdiklərinə, orada adları çəkilməyə layiq görüldüklərinə görə sevinməli, şərəf duymalıdır. Bizdə tam tərsinədir, filmdə kolbasa, enerji içkisi görünməsindən şərəf duyuruq. Bunun dünyada bəlli standartı var, o standartla da gedilməlidir. Filmi reklam çarxına döndərmək olmaz...

O halal kolbasalar haqqı!

İndi də gələk "Hoqqa" filminə. Baxmayaraq ki, bu filmdə daha çox peşəkarlar çəkilib, ən zəifi elə bu idi. Ayrı-ayrılıqda Dilarə Əliyeva da gözəl oynayır, Elməddin Cəfərov da, ancaq ortada film yoxdur. AzTV-nin hər il Yeni il, Novruz vaxtı çəkdiyi “dejurnı”, müğənnilərlə ağızbağız dolu "filmcik"ləri olurdu, bilmirdin filmdi, yoxsa televiziya tamaşası... “Hoqqa" hardasa o "filmcik"ləri xatırlatdı. Deyəsən, başdansovdu yanaşmışdılar. Halbuki gözəl materialları vardı, filmdə sosial şəbəkələrdəki tanışlıqlardan da bəhs edilirdi. Bunları birləşdirib əla iş görmək olardı. Görməyiblər.

Ancaq bütün hallarda bu qədər filmin çəkilməsi ondan xəbər verir ki, kino sahəsi relsə oturmaq üzrədir. Bir azdan kino sənayesinin sürət alan lokomotivinin üfüqdə yalnız boz tüstüsü görünəcək. Ümid edək ki, bu "qatar"ın səsi beynəlxalq kinofestivallardan gələcək.

# 3993 dəfə oxunub

Oxşar xəbərlər

Çarəsizliyin ifadəsi, fövqəltəbii güc və gizli agent – Helli Berrinin  3 yaddaqalanrolu

Çarəsizliyin ifadəsi, fövqəltəbii güc və gizli agent – Helli Berrinin 3 yaddaqalanrolu

18:00 14 avqust 2026
"Oskar" mükafatının namizədləri müəyyənləşir

"Oskar" mükafatının namizədləri müəyyənləşir

16:15 14 avqust 2026
Dünya kinosunun “yol filmləri” rejissoru – Vim Venders kimdir?

Dünya kinosunun “yol filmləri” rejissoru – Vim Venders kimdir?

14:30 14 avqust 2026
Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

17:40 13 avqust 2026
Dünya kinosunun dəhşət və qorxu ustası  – Alfred Hiçkokun 5 məşhur filmi

Dünya kinosunun dəhşət və qorxu ustası – Alfred Hiçkokun 5 məşhur filmi

13:00 13 avqust 2026
"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3  əsas rolu

"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3 əsas rolu

17:20 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər