Filmlərimiz Kazanda təqdim olunub

Filmlərimiz Kazanda təqdim olunub
10 sentyabr 2017
# 12:51

Kazanda XIII Beynəlxalq Müsəlman Kino Festivalı davam edir.

Müsabiqə proqramında Azərbaycan - Teymur Daiminin “Bu sevgidir” filmi “qısametrajlı sənədli film”, Dariuş Nəcəfin “Səs” filmi “qısametrajlı oyun filmi” nominasiyasında təqdim edilib. Natiq Axundovun “Ramazan payı” filmi müsabiqədənkənar təqdim olunub.

Bu il seçim komissiyasına 61 ölkədən 782 müraciət daxil olub. Müsabiqə proqramına 27 ölkədən 60 film seçilib. Bu, Azərbaycan, Albaniya, Əfqanıstan, Banqladeş, Belçika, Macarıstan, Danimarka, Misir, Hindistan, İran, İtaliya, Qazaxıstan, Kanada, Qətər, Qırğızıstan, Malta, Mərakeş, Nepal, Niger, Rusiya, ABŞ, Tacikistan, Türkiyə, Özbəkistan, Fransa, İsveç və Estoniyadır.

Sentyabrın 11-də M.Cəlil adına Opera və Balet Teatrında keçiriləcək bağlanış mərasimində laureatların adları açıqlanacaq. Nominasiyalar üzrə mükafatlarla yanaşı, xüsusi mükafatlar da olacaq.

Festivalın münsiflər heyətinə Rusiyanın Xalq Artisti, rejissor Nikolay Dostal sədrlik edir. Münsiflər heyətində Azərbaycandan Ülvi Mehdi təmsil olunur. O, ən yaxşı sənədli filmi (qısa və tammetrajlı) seçəcək.

# 2455 dəfə oxunub

Oxşar xəbərlər

Yeni ildə izləyəcəyiniz 10 film

Yeni ildə izləyəcəyiniz 10 film

15:00 1 yanvar 2026
"Avatar" 6 milyard dolları keçən ilk film seriyası oldu

"Avatar" 6 milyard dolları keçən ilk film seriyası oldu

15:30 30 dekabr 2025
Dəliliklə müdrikliyin sərhədində - Tarkovski filmləri niyə hər kəs üçün deyil?

Dəliliklə müdrikliyin sərhədində - Tarkovski filmləri niyə hər kəs üçün deyil?

18:00 29 dekabr 2025
“8” serialının təqdimatı keçirildi

“8” serialının təqdimatı keçirildi

16:00 29 dekabr 2025
“Gül kimi aktyor idin, niyə rahat dayanmadın?” - Hikmət Rəhimov bizdən nə istəyir?

“Gül kimi aktyor idin, niyə rahat dayanmadın?” - Hikmət Rəhimov bizdən nə istəyir?

14:31 29 dekabr 2025
Avtobus sürücüsü, fəhlə, səyyar satıcı – Şener Şen necə türk kinosunun zirvəsinə qalxdı?

Avtobus sürücüsü, fəhlə, səyyar satıcı – Şener Şen necə türk kinosunun zirvəsinə qalxdı?

14:00 26 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər