Nəsimi haqda yeni film çəkilib

Nəsimi haqda yeni film çəkilib
13 avqust 2019
# 15:12

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi yeni bədii televiziya filminin çəkilişlərini başa vuraraq təhvil verib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Son gecə” adlı film Azərbaycanın dahi şairi Nəsimiyə həsr olunub. “Nəsimi ili” çərçivəsində ərsəyə gələn film Nəsiminin zindanda – edamdan əvvəl son gecəsindən bəhs edir. Film Rəsul Rzanın eyniadlı poeması əsasında çəkilib. Filmdə maraqlı faktlardan biri üç fərqli Azərbaycan şairinin – Nəsimi, Mirzə Ələkbər Sabir və Rəsul Rza obrazlarının eyni səhnədə, eyni kadrda lentə alınmasıdır.

Filmin quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu və Nazim Məmmədov, quruluşçu operator Əməkdar mədəniyyət işçisi Eldar Məmmədovdur. Quruluşçu rəssam Rəfael Əlizadə, qrim rəssamı isə Elbrus Vahidovdur. Nəsimi roluna Əməkdar artist Elşən Rüstəmov çəkilib. Filmdə Əməkdar artist Vidadi Əliyev, aktyor Vüsal Murtuzəliyev və başqaları da çəkiliblər. Ssenari müəllifləri isə Afaq Vasifqızı və Pərvindir. Film sentyabr ayından ekrana çıxacaq. /azertag.az/

# 3405 dəfə oxunub

Oxşar xəbərlər

“Maqsud Şeyxzadə”  bədii filmi çəkiləcək

“Maqsud Şeyxzadə” bədii filmi çəkiləcək

12:44 19 dekabr 2025
"Fərqli” gördüyü yadplanetliyə bağlanır...  - Spilberqin filmlərində “ev” anlayışı nəyi ifadə edir?

"Fərqli” gördüyü yadplanetliyə bağlanır... - Spilberqin filmlərində “ev” anlayışı nəyi ifadə edir?

16:00 18 dekabr 2025
Qalmaqallı serialın yayımı dayandırıldı

Qalmaqallı serialın yayımı dayandırıldı

13:31 17 dekabr 2025
Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafata layiq görüldü

Azərbaycanlı rejissorun filmi Türkiyədə mükafata layiq görüldü

12:13 17 dekabr 2025
“Ən yaxşı tələbə filmi” nominasiyasında "Məhkəmə" qalib oldu

“Ən yaxşı tələbə filmi” nominasiyasında "Məhkəmə" qalib oldu

13:27 15 dekabr 2025
Ronaldo "Fast and Fuious"da oynayacaq? - Filmin prodüseri açıqladı

Ronaldo "Fast and Fuious"da oynayacaq? - Filmin prodüseri açıqladı

11:00 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər