Kino bayramı keçirilib

Kino bayramı keçirilib
4 avqust 2014
# 08:53

Kino işçilərinin peşə bayramı münasibəti ilə Nizami Kino Mərkəzində bayram tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə əvvəlcə ötən 1 il ərzində kino sahəsində görülən işləri özündə səciyyələndirən mini film nümayiş olunub.

Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan kinosu ötən 1 il müddətində uğurlu yol keçib: “Azərbaycan kinosu 116-cı ilini yaşamasına baxmayaraq hərəkətdə olan canlı bir anlayışdır. Bu gün də yeni-yeni filmlər çəkilir və həmin filmlər beynəlxalq festivallarda uğurla iştirak edir. Bir sevindirici hal da odur ki, artıq Fransa və digər bir neçə şirkətlərin təqdim etdiyi layihəyə uyğun olaraq Azərbaycan Film Kinostudiyası yenidən qurulacaq. Bu da əlbəttə, bizləri çox sevindirir. Mən hər kəsi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan kinosu 116 yaşı olmasına baxmayaraq yeni axtarışlarda olacaq, bununla da daha maraqlı filmlər ortaya çıxacaq".

Daha sonra Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova çıxış edib. O bu gün münasibətilə bu sahədə əməyi keçən hər kəsi təbrik edib.

Çıxışlar bitdikdən sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə istehsal olunmuş "Nabat" bədii filminin təqdimatı olub.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini canlandıran filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev, Elçin Musaoğlu, quruluşçu operatoru Abdulrəhim Beşarat, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Fatimə Motamed Arya, Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov, Fərhad İsrafilov, Rəhilə Məmmədova, Rövşən Ağayev və Həsənağa Səfərov kimi aktyorlar rol alıblar.

Tədbir çərçivəsində bir qrup kino veteranı mükafatlandırılıb və "yenifilm.az" gənclər üçün kino müsabiqəsinin qalibləri elan olunub.

Həmçinin Kino Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış sərgi nümayiş etdirilib. Sərginin ekspozisiyasına müxtəlif illərdə lentə alınmış Azərbaycan filmləri üçün çəkilən dekorasiyaların və geyimlərin eskizləri daxildir.

Qeyd edək ki, hər il avqustun ikisi ölkəmizdə kino işçilərinin peşə bayramı kimi qeyd olunur.

# 1232 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #