Şarliz Teron yeni filminin çəkilişlərində xəsarət aldı

Şarliz Teron yeni filminin çəkilişlərində xəsarət aldı
29 aprel 2026
# 13:22

Aktrisa Şarliz Teron "Netflixdə yayımlanan "Zirvə" filminin çəkilişləri zamanı heç bir qoruyucu vasitə olmadan təhlükəli hərəkətlər etdiyini deyib.

Kulis.az xəbər verir ki, aktrisanın sözlərini "İndependent" nəşri yayımlayıb.

"Ölümsüz qvardiya 2"dən daha təhlükəli

49 yaşlı məşhurun sözlərinə görə, çəkilişlərin birində o, hətta xəsarət alıb – ayaq barmağı sınıb. Aktrisa deyib ki, yeni layihədəki hərəkətlər hətta "Ölümsüz qvardiya 2" döyüş filmi üçün etdiyi hərəkətləri belə geridə qoyub.

Bütün bunlara baxmayaraq, Teron "Zirvə"nin çəkilişlərini həyatının ən inanılmaz təcrübələrindən biri adlandırıb və bu layihə ilə fəxr etdiyini vurğulayıb.

Vəhşi təbiətdə manyakla ölüm-dirim mübarizəsi

Filmdə Teron ağır itki yaşamış və təsəllini vəhşi təbiətdə axtaran bir qadını canlandırır. Lakin onun sakitliyini bir manyak pozur və qəhrəman özündən asılı olmayaraq təhlükəli bir oyuna cəlb olunur. Çəkilişləri Avstraliyanın Yeni Cənubi Uels ştatında aparılan ekran işinin premyerası aprelin 24-də "Netflix" platformasında baş tutub.

Şalamenin sözlərinə sərt reaksiya

Qeyd edək ki, bu yaxınlarda Teron "The New York Times" qəzetinə müsahibəsində həmkarı Timoti Şalamenin insanların artıq balet və operaya maraq göstərməməsi ilə bağlı səsləndirdiyi fikirləri düşüncəsizlik adlandırmışdı. Aktrisa rəqqasları "superqəhrəman" hesab etdiyini və onların əməyinin nə qədər ağır olduğunu çox yaxşı anladığını bildirib.

# 697 dəfə oxunub

Oxşar xəbərlər

2 avqust Azərbaycan Kinosu Günüdür

2 avqust Azərbaycan Kinosu Günüdür

11:30 2 avqust 2026
Alan Parker:  "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

Alan Parker: "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

10:00 2 avqust 2026
“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

17:10 31 iyul 2026
"O" filmi  fərqli formatda təqdim olunacaq

"O" filmi fərqli formatda təqdim olunacaq

15:45 31 iyul 2026
Dünya komediyasının məşhur komissarı  - Lui de Fünesin 3 məşhur rolu

Dünya komediyasının məşhur komissarı - Lui de Fünesin 3 məşhur rolu

15:30 31 iyul 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinin qalibləri müəyyən olundu

“Sən, ey uşaqlıq” müsabiqəsinin qalibləri müəyyən olundu

13:50 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər