Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçildi

Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçildi
19 may 2026
# 13:00

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor Türkan Hüseynin “Xatırladığını eşit” adlı bədii film layihəsi nüfuzlu “Torino Film Lab – Next Feature” beynəlxalq proqramına seçilib.

Kulis.az xəbər verir ki, detektiv və dram janrında olan filmin baş qəhrəmanı Lalə, qətllə yekunlaşan davanın təsadüfi və yeganə şahidinə çevrilir və bu hadisə ölüm-dirim mübarizəsinə çevrilir.

İlk sessiyası onlayn formatda mayın 4-8-də keçirilən beynəlxalq proqramın növbəti sessiyası iyunun 1-5-də baş tutacaq.

Qeyd edək ki, AKİ sözügedən layihənin və Türkan Hüseynin “Torino Film Lab – Next Feature” beynəlxalq proqramda iştirakına dəstək göstərib.

# 381 dəfə oxunub

Oxşar xəbərlər

“Onların Mehdisi, bizim Mixaylo”  filminin təqdimatı oldu

“Onların Mehdisi, bizim Mixaylo” filminin təqdimatı oldu

15:46 17 iyun 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

15:08 17 iyun 2026
"Şrek 5"in yeni treyleri yayımlandı

"Şrek 5"in yeni treyleri yayımlandı

12:04 17 iyun 2026
Məşhur rejissorun filmi Almaniyada qadağan olundu

Məşhur rejissorun filmi Almaniyada qadağan olundu

16:30 16 iyun 2026
"Kişilər nə danışır?"  filminin aktrisası vəfat etdi

"Kişilər nə danışır?" filminin aktrisası vəfat etdi

15:30 16 iyun 2026
“Mənim evim” film layihəsi  beynəlxalq proqramda iştirak etdi

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak etdi

12:40 16 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər