Qış fəslində izləniləcək maraqlı filmlər

Qış fəslində izləniləcək maraqlı filmlər
26 fevral 2025
# 18:00

Kulis.az soyuq qış günlərində izləyə biləcəyiniz 10 filmi təqdim edir.

Home Alone ("Evdə Tək")

Film Kevin Kallisterin Milad tətili zamanı evdə tək qalması və evini qorumağa çalışmasından bəhs edir. Qışın ən klassik komediya filmlərindən biridir.

"The Holiday" ("Qış nağılı") (The Holiday)


İki qadın fərqli qitələrdə evlərini dəyişərək həyatlarını yenidən qurur. Film həm qış mövsümünü, həm də romantizmi təsvir edir.

"Die Hard" ("Ölməz")


Yeni il gecəsi Los Angelesdə terrorçu qruplara qarşı mübarizə aparan bir polis haqqında çəkilmiş aksiyon filmidir. Qışın ən populyar bayram filmlərindən sayılır.

"Love Actually" ("Əslində sevgi")


Milad öncəsi Londonda müxtəlif insanların həyatına dair sevgi dolu hekayələri bir araya gətirən romantik komediyadır.

"The Revenant" ("Dirilmə")


Uzaq sərt qış təbiətində sağ qalma mübarizəsini və intiqam hekayəsini izah edən dramatik filmdir. Film Haq Qlas adlı bir ovçunun təbiətin sərt şərtləri və qarşısına çıxan çətinliklərə qarşı mübarizəsini göstərir.

"Bridget Jones's Diary" ("Bridget Consun Gündəliyi")


Bridqet Consun öz həyatını və sevgisini tapmağa çalışdığı maraqlı və gülməli vəziyyətləri əks etdirir.

"The Grey" ("Boz")


Qütb ərazisində təyyarə qəzası keçirən bir qrup insanın sağ qalmaq üçün sərt hava şəraitində mübarizəsindən bəhs edir. Bir çox qış mənzərəsi və təbii gözəlliklər filmin atmosferini gücləndirir.

"Frozen" ("Dondurulmuş")


Elsa və Annanın qışın sehrini və ailə bağlarını əks etdirən, dünyanın ən populyar animasiya filmlərindən biridir.

"Klaus" ("Klaus")


Milad mövsümündə baş tutan gözəl bir dostluq hekayəsidir. Şimal qütbündə yaşayan bir ağsaqqalın köməkliyi ilə Milad ənənələrinin necə formalaşdığı təsvir edilir.

"Arthur Christmas" ("Arturun miladı")


Film Milad gecəsi Santa Klausun oğlu Arturun hədiyyə çatdırmaq üçün keçdiyi sürətli və əyləncəli macəralardan bəhs edir.

# 2737 dəfə oxunub

Oxşar xəbərlər

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

14:30 11 avqust 2026
Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

11:20 11 avqust 2026
Dünya kinosunun unudulmaz Zorrosu -  Antonio Banderasın 3 əfsanəvi rolu

Dünya kinosunun unudulmaz Zorrosu - Antonio Banderasın 3 əfsanəvi rolu

17:00 10 avqust 2026
64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

16:30 10 avqust 2026
“Tanrının Zirehi: Ultimatum”un Bakı mərhələsi - Ceki Canın Azərbaycanda ilk ekran işi

“Tanrının Zirehi: Ultimatum”un Bakı mərhələsi - Ceki Canın Azərbaycanda ilk ekran işi

13:15 10 avqust 2026
Şerlok Holms yenidən   ekranlara qayıdır

Şerlok Holms yenidən ekranlara qayıdır

11:00 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər