Qayınanası ilə sevgili olan rejissor kimdir? - Sevda Sultanova

Sevda Sultanova

Sevda Sultanova

7 may 2025
# 18:15

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

Sovet dövrünün istedadlı və tanınmış ssenaristlərindən biri Yuri Naqibin qayınanası ilə sevgili olub. Qayınatası-dövlət xadimi, avtomobil zavodunun direktoru İvan Lixaçov arvadı və kürəkəninin eşq macərasından xəbər tutandan sonra Naqibin onun qızından boşanıb. Hadisə 1940-cı illərin sonunda baş verib. Sonralar Naqibin, sovetlər dağılandan sonra “Моя золотая тёща” (hərfi tərcüməsi: “Qızıl qayınanam”) adlı avtobioqrafik povest yazır. Əsəri çox tərifləyirlər. Yutubda səsli versiyası da olmalıdır.

В предсмертной книге советский классик Юрий Нагибин и вечный конформист  сказал всю правду о себе - Родина

Yuri Naqibin

Amma məsələnin bu tərəfi mənim üçün daha maraqlıdır: Bu hadisə Naqibinə, insan təbiətinin nə qədər mürəkkəb və qaranlıq olduğunu dərk etdirib. Və uğurlu ssenarilər yazıb (“Председатель” 1963, Девочка и эхо”1963 və d.). Ssenaristi olduğu filmlər nüfuzlu Avropa festivallarında mükafat alıb, Oskara nominant olub. Üstəlik, Kurosavanın Dersu Uzala filminin ssenaristidir. Və günahını yumaq üçün qayınatası haqda çəkilən “Direktor” filminin ssenaristi olub.

İndi, ay əziz rejissor və ssenaristlər! Demək istəmirəm ki, uğurlu ssenari yazmaqdan, insan təbiətinin nə qədər çətin, ziddiyyətli olduğunu anlamaqdan ötrü özünüzlə bağlı oxşar təcrübələr etməlisiz, ya cinayət törətməlisiz, ya da doğma adamınıza xəyanət etməlisiz. Sadəcə, hekayə yazanda öz çevrənizdən kənara çıxın, həyatın müxtəlif tərəfləri ilə tanış olun, dərin müşahidə edin, ən müxtəlif təbəqələrin insanları ilə tanış olub söhbətləşin. Emosional, hissi təcrübə olmadan yazılan ssenari, çəkilən film saxta olacaq.

"Sevdalı kino"

# 4118 dəfə oxunub

Oxşar xəbərlər

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

12:00 2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər