Nişantaşı Universitetinin müəllimləri AKİ-nin qonağı oldu

Nişantaşı Universitetinin müəllimləri AKİ-nin qonağı oldu
19 sentyabr 2024
# 16:00

Sentyabrın 18-də İstanbul Nişantaşı Universitetinin bir qrup müəllim heyəti Azərbaycan Kinematoqrafçılar İttfaqının qonağı olub.

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-Televiziya Sənətləri kafedrasının müdiri, rejissor Elnur Mehdiyev də başda olmaqla, İstanbul Nişantaşı Universitetinin Sənət və dizayn fakültəsi, Radio, televiziya və kino kafedrasının müdiri Burcu Kurtiş, Nişantaşı Universitetinin Sənət və dizayn fakültəsi, Radio, televiziya və kino kafedrasının müəllimləri Ziyad Quliyev və Mustafa Çelik Azərbaycan Kinematoqrafçlar İttfaqının sədri, Xalq artisti Rasim Balayevlə görüşüblər.

AKİ-nin katibi, rejissor Oleq Səfərəliyevin də iştirak etdiyi görüşdə Türkiyə və Azərbaycan mədəni əlaqələrindən danışılıb, hər iki ölkənin istər klassik, istərsə də müasir mövzuda olan filmlərinin müqayisəsi diqqətə çəkilib. AKİ sədri Rasim Balayev söhbət əsnasında bir çox ölkələrin, daha çox türk dövlətlərinin kinosundan, mövcud durumdan, Azərbaycan kinosunun SSRİ dönəmində olan qaynar fəaliyyətindən bəhs edərək, hazırkı durumun müvəqqəti olduğunu qeyd edib.

AKİ sədri, tədricən, dövrün kinoya olan təsiri, təbliğatın güclü qurulması və yenidən kollektiv sənət olaraq fəaliyyətə başlamağın mümkünlüyünü də vurğulayıb. Əsas odur ki, kollektiv sənət növü olan kinematoqrafiyanın inkişafına şərait yaradılsın.

Görüşdə, Türkiyədə “Azərbaycan kinosu günləri” keçirilməsi və AKİ sədri Rasim Balayevin də həmin ərəfədə Türkiyəyə dəvət olunması, onun filmləri ilə kino gününün qeyd olunması üzərində fikir mübadiləsi aparılıb. O da qeyd olunub ki, Rasim Balayevə Türkiyədə “Türk Dünyası Onur Medalı”nın təqdim edilməsi də nəzərdə tutulub.

ADMİU müəllimi Elnur Mehdiyev, Azərbaycan Kinematoqrafçılar İttifaqında olan görüşdən, ittifaqın sədri, canlı əfasanə Rasim Balayevlə olan sənət söhbətindən məmnun olduqlarını ifadə edərək öz təşəkkürünü bildirib. Pedaqoji fəaliyyətindən bəhs edən E.Mehdiyev, Rasim Balayevin, sənət yolunda addımlayan gənclərə keçdiyi ömür yolundan bəhs edərək, sənətin incəliklərini gənc nəsilə öyrətməsinin, ustad dərsləri verməsinin də vacibliyini xüsusilə vurğulayıb.

Görüşdə Sənət və dizayn fakültəsi, Radio, televiziya və kino kafedrasının müdiri Burcu Kurtiş Nişantaşı Universitetinin müəllimləri adından AKİ sədri Rasim Balayevə hədiyyə təqdim edib. Daha sonra xatirə şəkilləri çəkilib.

# 1967 dəfə oxunub

Oxşar xəbərlər

Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər