Lənkəranda ANİMAFİLM festivalı keçirildi

Lənkəranda ANİMAFİLM  festivalı keçirildi
21 noyabr 2025
# 18:33

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Lənkəranda bir sıra tədbirlərdə iştirak ediblər.

Kulis.az APA-ya istnadən xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “ANİMAFİLM Lənkəranda” animasiya filmləri festivalında iştirak ediblər. Festivalda “Tarix”, “Həmişəyaşıl”, “Narqız”, “Pulun dili”, “Soyuz Qraviton”, "Yer və Ay” və “Bum-bum” filmləri nümayiş olunub.

Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bildirib ki, ilk dəfə geniş auditoriya qarşısında təqdim edilən "Bum-bum" filmi görkəmli Azərbaycan yazarı, Xalq şairi Vaqif Səmədoğlunun eyniadlı poemasının motivləri əsasında hazırlanıb, “Yer və Ay” qısametrajlı animasiya filmi isə Azərbaycan və Özbəkistan animasiya ustalarının birgə istehsalıdır. Nümayişdə iştirak edən Lənkəran rayonunun məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər və təhsil alan şagirdlər animasiya filmlərini böyük maraq və müsbət əhvali-ruhiyyə ilə izləyiblər.

Qeyd edək ki, uşaqlara, onların təhsili və inkişafına xüsusi diqqəti ilə seçilən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu tədbir Azərbaycan animasiya sənətinin azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyət daşıyır.

# 1009 dəfə oxunub

Oxşar xəbərlər

Nuri Bilge Ceylanın yeni filminin çəkilişləri tamamlandı

Nuri Bilge Ceylanın yeni filminin çəkilişləri tamamlandı

14:30 27 iyul 2026
Yeni “Hörümçək adam” filminin treyleri yayımlandı

Yeni “Hörümçək adam” filminin treyleri yayımlandı

13:00 27 iyul 2026
"Arka Sokaklar"la bağlı yekun qərar - Davam edəcəkmi?

"Arka Sokaklar"la bağlı yekun qərar - Davam edəcəkmi?

11:30 27 iyul 2026
"Paramount" və "Warner Bros. Discovery"nin birləşməsi təxirə salındı

"Paramount" və "Warner Bros. Discovery"nin birləşməsi təxirə salındı

10:19 27 iyul 2026
Stenli Kubrik kimdir? - Ölüm təhdidləri alan dahi rejissorun hekayəsi

Stenli Kubrik kimdir? - Ölüm təhdidləri alan dahi rejissorun hekayəsi

11:43 26 iyul 2026
Parisdə son tanqo və gizli ayinlər – Ən yaxşı 5 erotik film

Parisdə son tanqo və gizli ayinlər – Ən yaxşı 5 erotik film

10:20 25 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər