Devid Bekhemin oğlu aktyor oldu: Romeo Bekhem məşhur ulduzlarla eyni filmdə

Devid Bekhemin oğlu aktyor oldu: Romeo Bekhem məşhur ulduzlarla eyni filmdə
24 iyun 2026
# 11:30

Futbol, tennis və modellik sahələrindəki axtarışlarından sonra 23 yaşlı Romeo Bekhem bu il ekranlara çıxması planlaşdırılan yeni filmlə aktyorluğa başlayır.

Kulis.az xəbər verir ki, əfsanəvi futbolçu Devid Bekhem və "Spice Girls" qrupunun keçmiş üzvü Viktoriya Bekhemin oğlu tennis mövzulu "Forty Love" adlı romantik dramla kinoda debüt etməyə hazırlaşır.

Ulduzlarla dolu ekran işi və maraqlı süjet

Moda fotoqrafı Pyer-Anj Karlottinin ilk tammetrajlı filmi olan Fransa istehsalı bu filmdə "Çimərlik" (The Beach) filmi ilə tanınan Giyom Kane və Katrin Denöv kimi dünyaşöhrətli sənətçilər də rol alıb.

"Variety" nəşrinin məlumatına görə, ekran işi Parisdə böyük bir turniri qazanmaq üzrə olan gənc tennis ulduzunun hekayəsinə fokuslanır. "Heyvan krallığı" (The Animal Kingdom) filmindən tanıdığımız Pol Kirşerin canlandırdığı bu obraz xarizmatik yeni bir rəqibin səhnəyə çıxması ilə həm karyera hədəfləri, həm də emosional balans baxımından çətin sınaqla üzləşir. Gənc Bekhem isə məhz bu rəqib obrazı canlandırır.

Filmin rəsmi sinopsisindəki detallar xüsusi diqqət çəkir:

"O, həyatında ilk dəfə tamamilə fərqli bir növ rəqiblə – eşqlə üz-üzə qalır. Gənc tennisçi həm onu coşduran, həm də tarazlığını alt-üst edən, kortda bu günə qədər qarşılaşdığı hər şeydən daha güclü bir təsirlə üzləşməyə məcbur olur".

İdmandan modaya, oradan da kinoya...

Daha əvvəl futbol və tennis arasında karyera sınaqları edən Romeo 2024-cü ildə peşəkar idman karyerasını bitirərək diqqətini tamamilə moda dünyasına yönəldib. O, hazırda "Yves Saint Laurent" və "Balenciaga" kimi qlobal markalar üçün modellik edir və onların rəsmi elçisi kimi çalışır.

23 yaşlı ulduz bu yaxınlarda avtomobil idarə edərkən telefondan istifadə etdiyinə və maşında təhlükəsizlik qaydalarını pozaraq it gəzdirdiyinə görə cərimələnərək mətbuatın gündəminə çevrilmişdi.

Qeyd edək ki, Bekhemlər ailəsi son dövrlərdə tez-tez ailədaxili münasibətlər və mətbuatdakı müzakirələrlə manşetlərdən düşmür. Hazırda post-prodakşn mərhələsində olan "Forty Love" filminin bu il noyabrın 25-də kinoteatrlarda geniş tamaşaçı kütləsinə təqdim edilməsi planlaşdırılır.

# 965 dəfə oxunub

Oxşar xəbərlər

Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

14:26 18 noyabr 2026
Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

12:47 18 noyabr 2026
FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

12:14 17 noyabr 2026
Yeni Ceyms Bond bəlli oldu - 007 roluna gözlənilməz aktyor

Yeni Ceyms Bond bəlli oldu - 007 roluna gözlənilməz aktyor

10:14 17 noyabr 2026
Avropa Film Mükafatlarının namizədləri açıqlandı

Avropa Film Mükafatlarının namizədləri açıqlandı

15:28 16 noyabr 2026
Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər