"Canqurtaranlar" sənədli filminin təqdimatı oldu

"Canqurtaranlar"  sənədli filminin təqdimatı oldu
6 fevral 2026
# 12:07

Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşkilatçılığı ilə “Canqurtaranlar” sənədli filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, film 2023-cü ildə Türkiyədə baş vermiş, “Əsrin fəlakəti” adlandırılan dağıdıcı zəlzələ zamanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının göstərdikləri fədakarlıqdan bəhs edir.

“Canqurtaranlar” sənədli filminin rejissoru Murad Quliyevdir.

Filmin nümayişindən əvvəl çıxış edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti Əməliyyat İdarəsinin rəisi Elşad Zərbəliyev Türkiyədə baş vermiş zəlzələnin miqyasından, xilasetmə əməliyyatlarının çətinliyindən və Azərbaycan xilasedicilərinin həmin günlərdə göstərdikləri peşəkarlıq və fədakarlıqdan danışıb.

Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün qeyd edib ki, baş verən hadisə son dərəcə ağrılı idi: “Həqiqətən də çox böyük faciə yaşandı. Bu, sözün əsl mənasında, can bazarı idi. Belə anlarda insanı yalnız insan xilas edə bilərdi. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq tarix boyu özünü dəfələrlə sübut edib. Gecə-gündüz, soyuq havada dağıntılar altında qalan insanları xilas etmək üçün çalışanları gördükcə insan həm qürur, həm də dərin hüzn hissi keçirirdi. On minlərlə vətəndaşımızı itirdik. Həlak olanlara Allahdan rəhmət diləyirəm", - deyə səfir qeyd edib.

O bildirib ki, Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan” məhəlləsi Türkiyə xalqının qəlbində Azərbaycan–Türkiyə həmrəyliyinin əbədi simvolu kimi yaşayacaq. Bu filmin çəkilməsi də həmin günlərdə yaşananları gələcək nəsillərə çatdırmaq baxımından son dərəcə önəmlidir.

Filmin rejissoru Murad Quliyev isə bildirib ki, bu layihənin ideyası onu dərindən təsirləndirən bir hadisədən sonra yaranıb: “Mən hər zaman baş verən hadisələrə film gözü ilə baxıram. Bu filmin ideyası bir yanğın hadisəsinə şahid olduğum zaman yarandı. Həmin səhnə mənə çox güclü təsir etmişdi. Ertəsi gün rəhbərimizə bu barədə məlumat verdim və ideyamı onunla bölüşdüm. Daha sonra televiziya rəhbərliyinə də təqdim olundu və layihəyə dəstək verdilər”.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi tərəfindən “Canqurtaranlar” sənədli filminin yaradıcı heyətinə sertifikatlar təqdim edilib.

Sonra “Azərbaycantelefilm”in istehsalı olan sənədli film nümayiş olunub.

# 907 dəfə oxunub

Oxşar xəbərlər

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlandı

11:46 4 iyul 2026
"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

"Moana 3" gəlir: Dueyn Conson milyonların gözlədiyi xəbəri açıqladı

11:00 4 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:10 4 iyul 2026
Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

Fırıldaqçını inandırıb öz filminə çəkən iranlı rejissor - Abbas Kiyarostaminin filmlərinə niyə baxmalısınız?

10:00 4 iyul 2026
Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

Süni intellekt Hollivudu ələ keçirir? - Cudi Fosterdən "F1" filminə sərt tənqid

14:45 3 iyul 2026
"YouTube"un qorxu fenomeni böyük ekranda

"YouTube"un qorxu fenomeni böyük ekranda

13:52 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər