Azərbaycanlı rejissor Hollivudda

Azərbaycanlı rejissor Hollivudda
30 iyun 2025
# 18:40

Azərbaycanlı rejissor, Cənubi Kaliforniya Universitetinin Kino İncəsənəti fakültəsinin məzunu Rüstəm Vəkilovun mistik trilleri “Hell Hath No Fury”nin Los-Ancelesdə premyerası keçirilib.

Kulis.az xəbər verir ki, gənc rejissorun debüt işi təsirli və fövqəltəbii triller kimi qiymətləndirilib.

Filmin ssenari müəllifi Dennis C. Uaylderdir.

Hekayədə insan emosiyalarının dərin qatları araşdırılıb.

Bədii filmdə Bruk Batler, Şarlin Rədlin, Xayme Zevallos, Samba Şütte, Lorentso Antonuççi, Maykl Tayq kimi aktyorlar rol alıb.

Filmin orijinal saundtreki Mikayıl Vəkilova məxsusdur.

Bəstəni “Bakı Payızı 2023” müsabiqəsinin finalçısı Nazilə Əliyeva ifa edib və o, Hollivud filmində saundtreki səsləndirən ilk azərbaycanlı müğənni olub.

Qeyd edək ki, ekran işi yaxın günlərdə ABŞ və Avropanın aparıcı kinoteatrlarında nümayişə çıxarılacaq.

# 1440 dəfə oxunub

Oxşar xəbərlər

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

12:00 2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər