Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı oldu

Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı oldu
30 iyun 2026
# 14:30

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) kinozalında Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə yaradılan qurumun əsas məqsədi, ölkədə fəaliyyət göstərən ssenaristləri bir araya gətirmək, peşəkar əməkdaşlığı gücləndirmək və ssenari sənətinin inkişafına töhfə verməkdir.

Gildiyanın təsis toplantısında keçirilən səsvermənin nəticələrinə əsasən, ssenarist Nicat Dadaşov səs çoxluğu ilə qurumun sədri seçilib.

Təşkilatın sədri N.Dadaşovun sözlərinə görə, Azərbaycan Ssenaristlər Gildiyasının əsas missiyası təşkilatlanmaq və vahid bir sistem yaratmaqdır. O qeyd edir ki, gənc ssenaristlərin gildiyaya qoşulması onlara bir sıra imkanlar yaradacaq. Gənclər üçün planlaşdırılan ssenari laboratoriyaları və müsabiqələr də var. Eyni zamanda, rezidensiya proqramlarına qoşulmaq, ssenari ədəbiyyatına daha rahat çıxış əldə etmək imkanı olacaq.

Tədbirdə iştirak edən AKİ təmsilçiləri yeni yaranan təşkilata uğurlar arzulayıblar.

# 590 dəfə oxunub

Oxşar xəbərlər

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

15:09 27 sentyabr 2026
“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

14:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər