Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu
16 fevral 2026
# 10:31

Azərbaycanın İsraildəki səfirliyində “Əsrlərdən gələn ənənə” filminin təqdimat mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, rejissoru Rüfət Əsədov, prodüseri Shaul Siman olan sənədli ekran əsəri Azərbaycan və İsrail kinematoqrafçılarını birgə istehsalıdır.

Azərbaycan səfirliyinin və “Sholumi” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində səfir Muxtar Məmmədov çıxış edərək İsrail xalqı ilə Azərbaycan arasında çoxəsrlik dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin son illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla vurğulayıb.

O, Rüfət Əsədovun filminin iki xalq və ölkə arasındakı münasibətlərə böyük töhfə verəcəyinə əminlik ifadə edib.

Rüfət Əsədov Azərbaycanın əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin, müxtəlif sivilizasiyaların qovuşduğu, multikulturalizm və tolerantlıq nümunələrinin yaşadığı məkan olduğunu diqqətə çatdıraraq ərsəyə gəlin filmin də məhz bu nümunələri əks etdirdiyini bildirib.

Sözügedən filmin növbəti təqdimatı Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının və “Sholumi” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qüds şəhərində keçirilib. Tədbirdə Qüdsün müxtəlif icmalarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, film xalçaçı-rəssam, kolleksioner, dağ yəhudilərinin mədəni irsinin tədqiqatçısı Albert Rəfiyevin yaradıcılığı haqqındadır. Əslən Quba rayonunun Qırmızı qəsəbəsindən olan filmin qəhrəmanı öz yaradıcılığında Azərbaycan və yəhudi xalqlarının mədəniyyətlərini birləşdirir. Onun əsərlərində Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin sülh şəraitində yaşadığı, multikulturalizm və tolerantlıq ənənələrinin yüksək səviyyədə olduğu bir ölkə olaraq tərənnüm edilir.

Film artıq bir neçə ölkədən - Amerika Birləşmiş Ştatları, Almaniya, Nuderland, Çexiya, Rusiya və başqa ölkələrdən təkliflər alıb.

# 713 dəfə oxunub

Oxşar xəbərlər

“Yağışdan sonrakı əks-sədalar”  qısametrajlı filminin nümayişi oldu

“Yağışdan sonrakı əks-sədalar” qısametrajlı filminin nümayişi oldu

17:00 20 may 2026
"Haysiyet"in baş rolları açıqlandı

"Haysiyet"in baş rolları açıqlandı

16:42 20 may 2026
Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

Qiyamət ssenarisi reallaşır? – Alimlərin gizlətdiyi dəhşətli həqiqət

15:00 20 may 2026
“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

13:30 19 may 2026
"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

13:26 19 may 2026
Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçildi

Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçildi

13:00 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər