Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq
30 yanvar 2026
# 11:39

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə 61-ci Venesiya Biennalesində Əməkdar rəssam Faiq Əhmədin “Diqqət” (The Attention) layihəsi ilə təmsil olunacaq.

Kulis.az xəbər verir ki, Azərbaycan milli pavilyonundakı ekspozisiya mayın 9-dan noyabrın 22-dək açıq olacaq.

“Diqqət” (The Attention) müasir incəsənətin əhəmiyyətli beynəlxalq platformalarından birinə Azərbaycanın töhfəsidir.

Pavilyonun mərkəzində Faiq Əhmədin bədii təcrübəsində əsas və təkrarlanan element olan xalça təqdim ediləcək. Mədəni yaddaş və kollektiv kimliklə əlaqələndirilən xalça ziyarətçiləri sərgi boyunca istiqamətləndirən elementə çevrilir.

Konseptual olaraq görkəmli Azərbaycan şairi və mütəfəkkiri, hürufi ənənəsinin nümayəndəsi İmadəddin Nəsiminin fəlsəfi və poetik irsindən ilhamlanan layihə bir-biri ilə əlaqəli məkanlar ardıcıllığı vasitəsilə açılan immersiv, multimodal bədii mühit kimi düşünülüb.

Layihə müasir dünyanı xarakterizə edən qeyri-müəyyənlik, təşviş və informasiya yüklənməsinə cavab olaraq daxili şüur və yenidən əlaqə qurmaq mövzularını araşdırır. Burada incəsənət xaosun içindən yarana bilər.

“Diqqət” layihəsi ənənəvi yanaşmalarla yanaşı, kvant əsaslı sistemlər, habelə neyroreaktiv və data əsaslı proseslər daxil olmaqla qabaqcıl texnologiyaları inteqrasiya edib. Burada hürufi düşüncəsi ilə reallığın müasir kvant anlayışları arasında birbaşa paralel təqdim olunur. Hürufizm dünyanı hərflərdən və işarələrdən ibarət mənalı bir kod kimi çərçivələndirdiyi halda, kvant fizikası reallığı ehtimallı, informativ və əlaqəli təsvir edir. Hər iki sistemdə reallıq sabit varlıq olmayıb, interpretasiya, qarşılıqlı təsir və diqqət vasitəsilə formalaşır. “Diqqət” layihəsi bu paraleli aydın şəkildə nümayiş etdirərək, kvant informasiyasını hürufi kainat anlayışının müasir qarşılığı kimi çatdırır.

Azərbaycanın 61-ci Venesiya Biennalesindəki milli pavilyonunun kuratoru Qvendolin Kollaço (Gwendolyn Collaço) olacaq. Onun tədqiqat və kuratorluq təcrübəsi İslam incəsənəti, maddi mədəniyyət və mədəniyyətlərarası mübadiləyə fokuslanır.

# 1368 dəfə oxunub

Oxşar xəbərlər

Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

14:26 18 noyabr 2026
Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

12:47 18 noyabr 2026
FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

FTX qalmaqalı haqqında serial - 8 milyard dollarlıq çöküş "Netflix"də

12:14 17 noyabr 2026
Yeni Ceyms Bond bəlli oldu - 007 roluna gözlənilməz aktyor

Yeni Ceyms Bond bəlli oldu - 007 roluna gözlənilməz aktyor

10:14 17 noyabr 2026
Avropa Film Mükafatlarının namizədləri açıqlandı

Avropa Film Mükafatlarının namizədləri açıqlandı

15:28 16 noyabr 2026
Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər