Merlin Monro haqda yeni film çəkilir

Merlin Monro haqda yeni film çəkilir
14 sentyabr 2011
# 16:43
Əsrin ən gözəl qadınlarından olan Merlin Monro haqqında daha bir film çəkilir

“Merlinlə bir həftə” adlı filmdə “seks simvol” Monronu Mişel Uilyams oynayacaq.

Rejissoru Simon Körtis olan film Kolin Klarkın iki kitabı əsasında çəkilib.

Film Merlinin həyat yoldaşı Artur Millerin onu tərk etdikdən sonra yazıçı Kolin Klarkla İngiltərəyə səfərini və 1957-ci ildə “Şahzadə və Şou qızı” filminin çəkilişlərini əhatə edəcək.

Baş rolu ifa edən Mişel Uilyams Amerikanın “Vogue” jurnalına verdiyi müsahibədə: “Elə bil, yenidən doğulmuşam. Sanki özümü dəyişdirib ona uyğunlaşdırmışam. Onun yerişini, danışığını, başını dik tutmağını öyrənmişəm. Ancaq onu bədənimin bir hissəsi kimi hiss etmək üçün vaxta ehtiyacım olduğunu hiss edirəm”, -deyə bildirib.
Emma Uatson, Kennet Brana və Eddi Redmeyn kimi aktyorların yer aldığı film ilk dəfə gələn ay keçiriləcək Nyu-York Film Festivalında nümayiş olunacaq.


Günel ƏSGƏRZADƏ
# 2946 dəfə oxunub

Oxşar xəbərlər

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

09:30 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər