Fazil Mustafa: "Yusif Vəzir Çəmənzəminlinin nəşi Rusiyadan ölkəmizə gətirilməlidir"

Fazil Mustafa:  "Yusif Vəzir Çəmənzəminlinin nəşi Rusiyadan ölkəmizə gətirilməlidir"
29 dekabr 2023
# 14:30

Deputat Fazil Mustafa Milli Məclisin iclasında Yusif Vəzir Çəmənzəminlinin nəşinin Rusiyadan ölkəmizə gətirilməsi ilə bağlı danışıb.

Kulis.az-ın suallarını cavablandıran Millət vəkilinin sözlərinə görə, bu bizim mənəvi borcumuzdur:

“Məsələnin tarixi önəmindən çox mənəvi önəmi var. Hökumət komissiyası yaradımalıdır. Bu prosedur bizdə var. 1982-ci ildə mərhum Heydər Əliyev Kommunist Partiyasının Birinci katibi olanda bunu edib. Onda şərtlər daha ağır idi. Sovet məkanın daxilində hələ repressiya ilə bağlı müəyyən problemlər var idi. Çox şeylərin açıqlanmasını istəmirdilər.

Ən azı, onun nəşinin dəfn olunduğu yer bəllidir. Bəziləri deyir, oranı su basıb. Məzarın indiki vəziyyətini mən də dəqiq bilmirəm. Bunu komissiya müəyyən etməlidir. Ümumiyyətlə, bu məsələyə baxılmalıdır.

Deputat qeyd edib ki, biz xaricdə dünyasını dəyişmiş şəxsiyyətlərimizin xatirəsini başqa bir formada da yaşada bilərik:

“Məsələn, Sahil bağının adını “Sənətçilər bağı” və ya “Aydınlar bağı” kimi dəyişə bilərik. Rəmzi məzarlar, yaxud lövhələr - onların xatirəsini bu cür əbədiləşdirmək olar. Buna müəyyən təşəbbüslər də var. Yazıçılar da dəfələrlə bunu deyiblər.

Yusif Vəzir Çəmənzəminlidən başqa, məzarı bəlli olan Fətəli Xan Xoyskini,n hətta Əlimərdan bəy Topçubaşovun da məzarını gətirmək lazımdır.

Biz müstəqil dövlətik. O insanların nəşinin torpağımıza qaytarılması onun ailəsi üçün də, bizim üçün də mənəvi yüngüllük olar. Bu istiqamətdə düşünməliyik”.

# 615 dəfə oxunub

Müəllifin son yazıları

# # #