Yaxasından yapışıb “Ölürəm” deyəsim var – Şəbnəm Karslıdan ŞEİR

Yaxasından yapışıb “Ölürəm” deyəsim var – <span style="color:red;">Şəbnəm Karslıdan ŞEİR
1 dekabr 2017
# 14:01

Kulis.az Şəbnəm Karslının “Ey dost” şeirini təqdim edir.

Bəyaz həkim otağı, dəmirli pəncərələr

Saxta gülümsəmələr, saxta güclü görünmə

Otağı darmadağın edib bağırasım var

Yaxasından yapışıb “Ölürəm” deyəsim var

Yox yerdəncə necola güclü bir adam ola

Ata kimi, dost kimi, ya da ki qardaş ola

Tüpürəsən qürura ağlayasan doyunca

İlk dəfə biri görə necə ağladığını

Bu şəhərdə itlər də hürmür ağız dolusu

Yaşamağa ərinir hər hissi hər duyğusu

Silib atmağım gəlir bütün xatirələri

Susub yaşamaq üçün bir bəhanə gəzərəm

Xəyalım bu şeirtək qafiyəsiz hecasız

Günlər dünənə bənzər, eyni, hissiz, mənasız

Gedənlərin dalınca ölüb gedəsim var

Donuram, dayanıram, susuram, oynayıram,

Mənim üçün də vallah, ağlayacaq anam var,

Dağılıb misralara sığmaz ki göz yaşları

Bilmədim, biləmmədim niyə acı çəkirəm

Boş ver, ey dost halımı, dünya dərdi nədir ki,

Gedənlərin dalınca getmək istəyim gəlir

İstanbula baxıram yeddinci mərtəbədən

Buz tutmuş bu eyvanın məhəccərindən tutub

Göyün yeddinci qatı, nəfəsim yerin dibi

Özümü o boşluğa atıb tullayasım var

Ey dost, bil, ölüm səslər bu qaranlıq gecələr

Hamı məni tərk edir, bircə ölüm əl çəkmir

Xoşbəxtliyi su kimi ovuclayıb tuturam

Axıb gedir əlimdən, heç cür saxlayammıram

Üz-gözümə sürtürəm gülümsəmə şəklində

Yoxluq ilə ölümün ətəyindən yapışıb

Pıçıldayıram səssiz

Ölüm üçün tələsmə

Ölüm üçün tələsmə...

# 1824 dəfə oxunub

Oxşar xəbərlər

"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

"Gözlərimdən sanasan dəryayi-ümman ayrılır..." - Rasim Balayevin son vidası

15:20 30 mart 2026
Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi

Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi

14:32 30 mart 2026
"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər