Mirmehdi Ağaoğlunun kitabının təqdimatı olub - “Bu gün səbr elə”

Mirmehdi Ağaoğlunun kitabının təqdimatı olub - <span style="color:red;">“Bu gün səbr elə”
22 noyabr 2015
# 01:17

Bu gün Akademik Milli Dram Teatrında yazıçı Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” adlı kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, Lent.az informasiya agentliyinin baş direktoru Qabil Abbasoğlu, millət vəkili Aqil Abbas, xalq artisti Faiq Ağayev, şair Baba Vəziroğlu və başqaları iştirak edib.

Təqdimat mərasimində M. Ağaoğlu kitabını oxucuları üçün imzalayıb.

Qeyd edək ki, “Ol” nəşriyyatında işıq üzü görən kitaba müəllifin eyniadlı romanı daxildir.

Roman rayondan Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və borc-kredit içində boğulan bir ailənin düşdüyü tragikomik vəziyyəti anladır.

“Bu gün səbr elə” müəllifin sayca üçüncü kitabıdır. Kitabın redaktoru Ağa Cəfərlidir.

# 2021 dəfə oxunub

Oxşar xəbərlər

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər