Gürcüstanda “Müasir Azərbaycan nəsri antologiyası”nın təqdimatı keçirilib

Gürcüstanda “Müasir Azərbaycan nəsri antologiyası”nın təqdimatı keçirilib
11 oktyabr 2017
# 16:05

Gürcüstan Yazıçılar Evində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin gürcü dilində nəşr etdirdiyi “Müasir Azərbaycan nəsri antologiyası” kitabı təqdim olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, təqdimat mərasimində çıxış edən Gürcüstan Yazıçılar Evinin həmsədri Baqatur Arabuli kitabın nəşr olunmasını ölkənin ədəbi həyatında vacib hadisə adlandırıb: "Gürcüstan və Azərbaycanın ədəbiyyat nümayəndələri arasında sıx dostluq əlaqələri var. Bu kitab gürcü oxucuları üçün dəyərli kitab olacaq".

M. Arabuli Gürcüstan Yazıçılar Evində Azərbaycan bölməsinin bərpa olunması təşəbbüsü ilə çıxış edib. O, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsudu xüsusi diplomla təltif edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Fəxri Hacıyev kitabın nəşr olunmasını böyük ədəbiyyat bayramı adlandırıb. O, bu cür kitabların gələcəkdə də nəşrinin davam etdirilməsinin vacib olduğunu deyib.

A. Məsud öz növbəsində kitabın işıq üzü görməsini həm Azərbaycan, həm də Gürcüstan üçün əlamətdar hadisə adlandırıb: “Ədəbiyyatların yaratdığı körpü rahat və əbədi olur. Azərbaycan ədəbiyyatını bir sıra ölkələrdə təbliğ etmişik, lakin gürcü qələm əhli kimi bizi belə böyük sevgi ilə qarşılayan olmamışdı”.

A. Məsudun sözlərinə görə, GUAM ölkələri ilə yanaşı, Türkiyə, Macarıstan, Bolqarıstan, Rumıniya və digər ölkələrin yazıçılarının Azərbaycanda forumunun keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, təqdim olunan kitabda XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanıb. Kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib. Gürcüstanın “İntellekti” nəşriyyatında nəşr edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, ön sözün müəllifi isə görkəmli gürcü yazıçısı Quram Odişariyadır.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin nümayəndələri, tanınmış gürcü ədiblər və ziyalılar iştirak edib.

# 1736 dəfə oxunub

Oxşar xəbərlər

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər