Mir Cəlal adına hekayə müsabiqəsi elan edildi - ŞƏRTLƏR

Mir Cəlal adına hekayə müsabiqəsi elan edildi - <span style="color:red;">ŞƏRTLƏR
19 oktyabr 2017
# 16:02

Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən "Ədibin evi" (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan) müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədi ilə Mir Cəlal adına Hekayə müsabiqəsi

Elan edir

Qaydalar və şərtlər

- Hekayənin həcmi 2000 (iki min) sözdən çox olmamalıdır;

- Hekayənin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur;

- Çap olunmuş hekayələr qəbul edilmir;

-Hekayələr elektron şəkildə [email protected] və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 1 aprel 2018-ci il tarixinə qədər göndərilməlidir.

Mükafatlar:

I yer: 3000 Azn

II yer: 2000 Azn (iki mükafat)

III yer: 1000 Azn (üç mükafat)

Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2018-ci ilin aprel ayında, Mir Cəlalın 110 illik yubileyi ərəfəsində "Ədibin Evi"ndə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

Müsabiqənin davamlı olacağı nəzərdə tutulur.

Əlaqə: +99450 254 12 17 / [email protected] / Kiçik Qala küçəsi 18, İçərişəhər, Bakı

# 2712 dəfə oxunub

Oxşar xəbərlər

Stiven Kinq: “Dəhşət” ədəbiyyatı çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət” ədəbiyyatı çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər