Dilin ilk hərfi öpüşdür – Tural Turandan YENİ ŞEİRLƏR

Dilin ilk hərfi öpüşdür – Tural Turandan YENİ ŞEİRLƏR
13 yanvar 2017
# 11:30

Kulis.az gənc şair Tural Turanın yeni şeirlərini təqdim edir.

Bütün səslər öpüşün belindən gəlib

İranda asılan türklərə qarşılıq

Sevgilini də götürüb gedəsən Bəzz qalasına

ya da Savalanın başında öpüşəsən.

Biz şiddətə qarşıyıq mesajı verəsən

Axunduna, mollasına, fərraşına.

Əllərində şallaq, çatı, daş

Baxalar sənə aşina-aşina...


Gedin siz də sevgilinizi gətirin – deyəsən,

gözlərinin içinə baxıb –

birlikdə ana dilində danışaq.

Bütün səslər öpüşün belindən gəlib.

Dilin ilk hərfi öpüşdür söyləyəsən.

Baxalar çılpaqlığımıza yanşaq-yanşaq...

Sevgilinin corabının başından

çıxarıb üç kəndir uzadasan...

5 yanvar 2017. Bakı

Başqasını çağırma

Bir kağız təyyarə düzəlt qızım,
gəlinciyindən mənim üçün də bilet al,
Uçaq gedək...
mən bir papaq götürüm, sən də əlcəklərini
üşüyəndə verim sənə,
Kağız təyyarəmizə çox da yük olmasın...
Qəzasız-bəlasız qaçaq gedək.

Mən də üşüsəm səni basım bağrıma.

İkimiz bəsik, başqasını çağırma.

Dekabr 2016

Bir ilanlıq həvəs...

(Hər şeir bir hissin baş daşıdır)

Ağlama oğlum,

bizim də oyuncaq ilanımız olmayıb.

Başqasının əlində gördükmü,

bir başqa cür öldürürdük bir ilanlıq həvəsimizi.

Daha cibləri cingiltili atamızın yanında çıxarmazdıq səsimizi;

Gedib gəzərdik fısıl-fısıl kolluqları

bir ilan balası tutardıq.

Başını əzib öldürərdik, bir ocaq üstə atardıq.

Od üstündən ala-çiy götürüb çıxarardıq küçəyə

oynadardıq...

Dörd-beş yaşımız vardı, adımız ataların dillərində gəzirdi;

“İlanboğan vaxtımız”da ilan boğurduq oynatmaq üçün.

Biz ilan ili əqrəb bürcü idik hamımız, sənsə xoruz ilisən.

Taleyimiz eynidi, yollarımız haçalı;

Sənin yolun pipikli, mənimki qıvrım-qıvrım.

Sən ilana, mən xoruza baxa-baxa qaçarıq...

6 yanvar 2017. Bakı

Fototeleqram

Son fotolarına baxdım bu gün;

Gözlərinin yuvasında bir kədər ismarışı...

Dodaqların arasından boynubükük təbəssümlə

işarırdı dişlərin

və gözlərinin altında "sənə dəyməz" qarğışı.

(Həmişəki kimi, içinin əl işləri...)

Hər paylaşdığın şəkil səndən mənə

Üç cümləlik teleqramdır, həsir hörüklüm.

Bacarırsansa, bir şəkil çəkdir, sürünə-sürünə gəlim -

büklüm-büklüm...

...Amandı, nə söz, nə yazı...

Biz alt yazılı adamlarıq.

Ya da çək foto paylaş, bir kadrlıq

24 dəfə yanım tökülüm.

1 yanvaq 2017, Alabaşlı

# 1853 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər