“Körük” jurnalının ilk sayı çap olundu – Tiflisdə

“Körük” jurnalının ilk sayı çap olundu – Tiflisdə
2 aprel 2018
# 16:06

Bu günlərdə Tiflisdə, GYB-nin (Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsi) ədəbi orqanı “Körük” aylıq ədəbiyyat və sənət dərgisinin ilk sayı işıq üzü görüb.

Bölmənin təsisçisi və rəhbəri Allahverdi Təkləlinin Kulis.aza verdiyi açıqlamaya görə, dərginin baş redaktoru İbrahimxəlil, redaktoru Coşqun Cəfər, məsul katibi isə Əziz Dəlivəllidir.

"Körük" jurnalı yaradıcı heyətinin ünvanına gələn təbrik məktubları ilə açılır. Təbrik edənlər daha çox çağdaş Azərbaycan ədəbiyyatının ən ciddi qələm adamları, müxtəlif bölgələrdən şair, yazıçı və bir neçə ədəbiyyat orqanının redaktorlarıdır: Salam Sarvan, Şərif Ağayar, Etimad Başkeçid, Qulu Ağsəs, Hamlet İsaxanlı, Əlisəmid Kür, Mahir N. Qarayev, İslam Əliyev, Binnət Əlioğlu və s.

Bundan başqa jurnalda Baş redaktor İbrahimxəlilin “Körük” səsi, “körükçü” nəfəsi” sərlövhəli giriş yazısı, Mərhum yazıçı Eyvaz Eyvaz Əlləzoğlunun “Doğum” hekayəsi, GYB-nin rəhbəri ilə bölmənin gələcək fəaliyyətləri ilə bağlı müsahibə, Gürcü ədəbiyyatından Bağater Arabulinin şeirləri, Qoderzi Çoxelinin " Çay yaddaşı", Dünya ədəbiyyatından Xulio Kortasarın "Günorta vaxtı ada", Vladimir Nobokkovun "Çorbun qayıtması" hekayəsi, Marina Sveteyeva haqqında esse və şeirləri yer alıb.

Azərbaycan ədəbiyyatından jurnalın ilk nömrəsində dərginin redaktoru Coşqun Cəfərin yeni şeirlər silsiləsi, Bahar Zamanının şeirləri, Qismət Rüstəmovun "Yazmağa başlayanlara rəngarəng məsləhətlər" essesi, Səfər Alışarlının "Qırmızı Qovluq" hekayəsi, Cavid Zeynallının "Zəmanəmizin qəhrəmanı" hekayəsi, Lətif Mustafaoğlunun şeirləri yer alıb.

Qeyd edək ki, jurnalda çap olunan tərcümələr bir başa orjinaldan və "Körük"ün yaradıcı heyətinə aiddir.

Jurnalın ikinci sayı da artıq çapa hazırdır.

Yaxın günlərdə hər iki sayının birlikdə təqdimatı olacaq.

# 2397 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər