Onların həyatı film olsa, adı nə olardı? - SORĞU

Onların həyatı film olsa, adı nə olardı? - <span style="color:red;">SORĞU
16 may 2017
# 16:31

Hər kəsin həyatında maraqlı tərəflər var. Bəzən birinin həyatı haqqında deyirlər: “Film kimi həyat yaşayıb”.

Bəs kimlər öz həyatını film kimi görür? Onların həyatından çəkilən film hansı məşhur filmə bənzəyər?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Yalçın İslamzadə

- Filmə oxşayacaq həyatım olmayıb açığı.

Müşfiq Ötgün

- “Şouşenkdən qaçış” filminə bənzərdi yəqin. Özümü dərk edəndən günahsız günahkar statusunda buldum özümü. Bütün fəlsəfi çabalarım da azadlığa aparan yolu aramaqla bağlı oldu. İnsanların düşüncələrindən, mentallıqdan, siyasi təfəkkürümüzdən, həyatımızın şərtiliklərindən qurulmuş məhbəsdən qaçış kimi.

İlqar Fəhmi

- Şəxsən mən istərdim “Nəsimi”yə, “Babək”ə bənzəsin, amma deyəsən “Qəzəlxan”dan o tərəfə keçmir.

Murad Köhnəqala

- Dəqiq deyə bilmərəm. Ola bilsin, mənim həyatıma bənzər filmlər var, ancaq rastıma çıxmayıb.

Kənan Hacı

- Çox çətin sualdır. Gərək bu haqda düşünəm. Həyatımdan çəkiləcək filmin ssenarisini gərək özüm yazım.

İlqar Rəsul

- Maraqlı filmlər çoxdur, əlbəttə. Amma inanmıram həyatımdan çəkiləcək film çəkilmişlərin hansınasa bənzəsin.

Cəlil Cavanşir

- Həyatımdan film çəkilsə hansı filmə bənzəyəcəyini bilmirəm. Açığı, heç vaxt bu barədə fikirləşməmişəm. Amma hərdən özümü Zeki Demirkubuzun “Yazqı” filminin qəhrəmanı kimi hiss edirəm.

Alik

- Hər bir insan həyatı unikaldır, digərinə bənzəmir. Əslində, yaxşı film də digərlərinə bənzəməyəndir. Bu baxımdan həyatımı heç bir filmə bənzətmirəm. Ayrı-ayrılıqda bütün insanların həyatı maraqlıdır. Hətta ən darıxdırıcı həyat tərzində belə maraqlı bir nüans, həyəcanlı bir məqam var. Amma həyatımdan film çəkilsə, yəqin ki, janrı komediya olar.

Hikmət Orhun

- Qabaqlar yaşım az idi, bir yerdə duran adam deyildim, çox gəzirdim. İndi nisbətən hüzura qovuşmuşam. Hazırkı Hikmətin həyatı filmə çəkilsə çox istəyərdim, Kim Ki-Dukun “Yaz, yay, payız, qış və yenə yaz” filminə bənzəsin. O filmdən öyrəndiyim çox şey var. Filmlərə baxmağa da həmin filmlə başlamışam.

Ömər Xəyyam

- Kurosava. "Yaşamaq". Bir gün yaşadıqlarımı filmləşdirəcəm. Məndən başqa heç kim bu ssenarini çəkə bilməz.

# 3172 dəfə oxunub

Oxşar xəbərlər

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

12:00 5 noyabr 2025
Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər