İradə Tuncayın unuda bilmədiyi ALABƏZƏK QUŞCUĞAZ

İradə Tuncayın unuda bilmədiyi <span style="color:red;">ALABƏZƏK QUŞCUĞAZ
11 iyul 2016
# 15:53

Kulis.Az "Unuda bilmirəm" layihəsində İradə Tuncayın xatirəsini təqdim edir.

Mənə görə bu elə anlardır ki, sonra nə olacağı önəmli deyil. Yəni elə bir vəziyyət yaranır ki, trans halda olursan. Təxminən tam amneziya halıynan bir tuturam. Yəqin hamının həyatında belə anlar olub və mən də istisna deyiləm. Bəlkə də kədərli, qüssəli hallar daha çox yadda qalır. İndi bunu xatırlamaq istəmirəm.

Amma uşaqlığımın elə parlaq rəngləri var ki...

Beşinci mərtəbədəki balkonumuzda paltar sərdiyimiz neçə cərgə ip vardı. Bəzən anamın tikdirdiyi paltarlardan artıq qalmış parçaları bu iplərə dolayıb kuklalarıma nənni düzəltdiyim də olurdu.

Bir dəfə yenə oyuncaqlarımı qucağıma doldurub balkona çıxdım və paltar iplərinin zəbt olunduğunu gördüm. Al-əlvan kiçicik bir quşcuğaz qonmuşdu ipin üstünə, büzüşüb baxırdı və ... ətrafında bəlkə on-on beş sərçə cikkildəşirdi. O vaxt təbii ki, anlamadım, mənə xoş gələn bu qədər quşun balkona yığışması idi. Və həm də ürəyimdən keçdi ki, bunlardan birini tuta bilsəm nə yaxşı olardı. Mən əlimi uzadanda quşlar uçuşdular və maraqlı olan buydu ki, həmin o alabəzək quşcuğaz hara qonurdusa, sərçələr də yığışırdı başına. Elə bil iclas keçirirdilər. Görünür, boz sərçələrə də bu quşcuğazın rəngləri maraqlı gəlmişdi. Özlərindən olmayan, özlərinə oxşamayan birini diqqətə almışdılar. Alabəzək quş da hansısa qəfəsdən qaçmışdı yəqin, çox ekzotik görkəmi vardı, bizim şəhərin quşlarına oxşamırdı. Və bu yazıq öz quş beyniylə bəlkə fikirləşibmiş ki, qəfəsdən azadlığa çıxıb. Bir belə sərçənin içində nə azadlıq? Onlar pırıldaşıb uçub getdilər, mənimsə bir uşaq təəssüfüm qaldı ürəyimdə. Tuta bilmədim heç birini... Amma sonralar anladım ki, fəlsəfi bir olayla rastlaşmışammış. Bozluğun içində rənglər - yəqin didişdiriblər... O vaxtlar Bakıda sərçə yaman çox idi, indi az gözə dəyirlər. Qarğa boldu əvəzində, qapqara...

Başqa quşların axırına çıxıblar. Unutmuram nədənsə bunu ...Yəqin həyatım boyu qarşıma "qarğalar" çox çıxır , unutmağa qoymurlar

# 2181 dəfə oxunub

Oxşar xəbərlər

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər